Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb
Cəlilabadda 18 yaşlı oğlan 8 gündür itkin düşüb. Globall.az bildirir ki, bu barədə APA-nın verdiyi xəbərə görə, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb. Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göyrəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub. Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: