"London özünün döyüş gəmilərini Kiyevə verəcək"- Ukraynalı səfir
Böyük Britaniya özünün hərbi gəmilərini Ukrayna silahlı qüvvələrinə təhvil vermək qərarına gəlib.
Globall.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko məlumat yayıb.
Diplomatın sözlərinə görə, söhbət bir deyil bir neçə gəmidən gedir. Artıq onlardan birində gəmi və silahlara nəzarət edəcək Ukrayna hərbçiləri təlimlər də keçirlər.
Pristayko fikirlərinə onu da əlavə edib ki, hazırda Ukraynanın mina əleyhinə gəmilərə ehtiyacı var.
Oxunub: 144
Xəbəri paylaş
Paylaş: