Ukrayna ordusu əks-hücum əməliyyatına başlayacaq
"Çox güman ki, Ukrayna hərbçiləri yayın sonuna qədər bir neçə cəbhədə əks-hücuma keçəcəklər".
Globall.az musavat.com-a istinadən xəbər verir ki, belə bir proqnoz ukraynalı hərbi ekspert Dmitri Snegirev tərəfindən dövlət televiziyasında səslənib.
Onun fikrincə, Qərb silahlarının tədarükü Ukrayna Silahlı Qüvvələrinə hazırda əks-hücuma hazırlaşmağa imkan verir: "Xerson və Xarkov istiqamətlərində işğalçı qoşunların passiv müdafiəyə keçdiyini deyə bilərik. Onlar sadəcə Ukrayna ordusunun hücumunu ləngidirlər. Ona görə də biz hərbi qarşıdurmada dəyişiklik gözləməliyik. Yəni yayın sonuna qədər Ukrayna hərbçilərinin bir neçə istiqamətdə əks-hücuma keçməsi gözləniləndir".
Ukraynalı ekspert Donetsk istiqamətinin yayın sonuna qədər hərbi əməliyyatların əsas mərkəzi olaraq qalacağını bildirib.