Bölmə rəisi Bakı-Qazax yolunda qəza törətdi, ölən var
- FOTO
Şəmkir rayonunun Kür qəsəbəsinin bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib. "Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb. Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub. Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Araşdırma aparılır. Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqlənib.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: