Azərbaycanda polis əməkdaşı öldü
-YENİLƏNDİ
Hacıqabulda baş verən qəzada polis əməkdaşı ölüb.
Globall.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarəetməni itirib və nəticədə “Hyundai” markalı avtomobili aşıb.
Ağır yaralanan polis əməkdaşı Şirvan Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
xxx
Daxili İşlər Nazirliyi (DİN) Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Globall.az-a verilən məlumata görə, martın 20-si saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, yol qəzasında ölən S.Yəhyayev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı olub.