Gəncədə çirkab su ilə dolu çuxurdan meyit tapılıb
Gəncədə çirkab su ilə dolu çuxurdan meyit tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin meyitinin çirkab su ilə dolu çuxurdan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxunub: 148
Xəbəri paylaş
Paylaş: