Gəncədə inzibati binadakı yanğın söndürülüb
Gəncə şəhər Nizami rayon Məhkəmə binasında baş verən yanğın söndürülüb.
Globall.az-ın "Report"-a istinadən verdiyi məlumatına görə, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
21:07
Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bu barədə Globall.az FHN-ə istinadən xəbər verir.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
20:56
Gəncə şəhər Nizami rayon Məhkəmə binasında yanğın başlayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, binanın 3-cü mərtəbəsində olan otaqların birində qeydə alınan yanğının söndürülməsi üçün 3 yanğınsöndürən avtomobil və canlı qüvvə əraziyə cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, həmin binada Gəncə Ağır Cinayətlər Məhkəməsinin proseslərinin də aparıldığı binadır.