Şəmkirdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Şəmkir şəhərində biri uşaq olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə baş verib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Gədəbəy rayon sakinləri - 1984-cü il təvəllüdlü Sabuhi Abbasov, onun övladı 2012-ci il təvəllüdlü Z Abbasova və 1977-ci il təvəllüdlü Zeynəb Abbasova xəsarət alıb. Onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 158
Xəbəri paylaş
Paylaş: