Bakıda AĞIR QƏZA: bir ailənin 4 üzvü...
Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və 2 övladları (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Qəza zamanı xəsarət alan azyaşlılardan biri - 2008-ci il təvəllüdlü Məhərrəmli Səid İftixar oğlunun kimliyi müəyyən olunub. Hadisənin təfərrüatı araşdırılır. (Report)
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: