Bakıda 15 yaşlı oğlan itkin düşüb
Bakıda 15 yaşlı oğlan itkin düşüb. "Report"un xəbərinə görə, Xətaidə yaşayan Fərmail Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verərək, oğlu 2008-ci il təvəllüdlü Urfan Məmmədovun martın 5-i saat 16 radələrində evdən çıxaraq geri qayıtmadığını bildirib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 73
Xəbəri paylaş
Paylaş: