Bakıda iki yeniyetmə itkin düşdü
Bakıda 11 və 16 yaşlı oğlan itkin düşüb. "Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Şeydabəyov Hüseynağa İlqar oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Bundan başqa, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan 11 yaşlı Hacızadə Ülvi Səxavət oğunun sentyabrın 5-də evdən gedərək bir daha qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: