Bakıda 16 yaşlı nişanlı qız yoxa çıxdı
Bakıda 16 yaşlı qızın itkin düşməsi barədə polisə müraciət edilib.
Globall.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, 1997-ci il təvəllüdlü İ.Əsgərov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, nişanlısı, 16 yaşlı A.Nəcəfova iyulun 19-dan itkin düşüb.
O, nişanlısının Binəqədi qəsəbəsi Gülüstan küçəsində yaşayan evdən həmin gün saat 17 radələrində çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 172
Xəbəri paylaş
Paylaş: