Yeni rəis generalı işdən çıxardı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. “Qafqazinfo” Unikal.az-a istinadən xəbər verir ki, xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb. Hələlik onun yerinə təyinat yoxdur. Qeyd edək ki, ötən ay Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edilib.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: