Türkiyədə dövlət məmurlarının ölkə xaricinə çıxışına qadağa qoyuldu
Bu barədə “Resmi Gazete”də məlumat yayılıb.
Xəbərdə bildirilir ki, ölkə başçısı Rəcəb Tayib Ərdoğan Çin Xalq Respublikasından bir çox ölkəyə yayılan COVID-19 (koronavirus) epidemiyasının 130 mindən çox insana yoluxduğunu və 5 minə yaxın insanın bu səbəbdən öldüyünü xatırladıb.İnsan sağlamlığı üçün böyük təhlükə hesab edilən bu virusun yüksək yoluxucu olması, peyvənd və ya xüsusi dərmanının hələ tapılmamasını qeyd edib:
“Səhiyyə Nazirliyinin nəzdində yaradılan Koronavirus Elmi Şurasının tövsiyələrinə uyğun olaraq, görülən ehtiyat tədbirləri ilə xəstəliyin ölkəmizə gəlməsinin qarşısı alınıb. Bu vəziyyətin davamlılığını təmin etmək və virusun ölkəmizə gəlmə ehtimalını minimuma endirmək üçün qeyd olunan Şuranın təklifləri ilə yeni tədbirlər həyata keçirilir”.
Ümumilikdə, dövlət xidmətlərinin icrasında hər hansı bir problem yaratmamaq üçün bütün məmurların vəzifə və ya şəxsi səbəblərə görə xarici ölkələrə getmələrinin dayandırıldığı bildirilib. Məcburi vəziyyət yaranarsa, həmin şəxslər valilərdən icazə alacaqlar.