Abşeronda ata oğlunu öldürdü
Abşeronda ata oğlunu qətlə yetirib.
Prokurorluqdan Globall.az-a verilən məlumatata görə, iyunun 19-da Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə İlkin İbadova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Etibar İbadov şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.
Oxunub: 353
Xəbəri paylaş
Paylaş: