Aleksandr Xramçixin:
“Əgər müharibə yalnız Qarabağda getsə, Rusiya qarışmayacaq”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə qeyd edib ki, nəhayət, Ermənistan, Azərbaycan və koronavirus təkbətək qalıb.
“Pandemiyadan əvvəlki beynəlxalq münasibətlər sistemi tamamilə çökdü. Böhran keçdikdən sonra hər şeyin əvvəlki qaydada bərpa olunacağını güman etmək üçün heç bir əsas yoxdur. İndi reallıq budur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyətə təsir edən iki oyunçu qalıb. Bunlar Azərbaycan və Ermənistandır. Düşünürəm ki, bir-iki həftə sonra Azərbaycan tərəfindən Ermənistana verilmiş sual aktual ola bilər - qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmaq üçün neçə günə ehtiyacınız var?”, - deyə keçmiş nazir qeyd edib.
Media.az-a danışan Rusiyanın aparıcı hərbi ekspertlərindən biri, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin bu fikirlə razıdır.