Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
Bolqarıstandan GERİ ÇAĞIRILAN SƏFİR - KATİBƏSİNDƏN QEYRİ-QANUNİ UŞAĞI VARMIŞ - İDDİA /FOTO
PENSİYA YAŞI ARTIR, ÖLƏNLƏRİN KAPİTALI "BATIR"...- Deputatın təklifinə ekspertlər nə deyir?
Farhad Əhmədovun 20 milyonluq MULKÜ ƏLİNDƏN ALINIR - Ramiz Mehdiyevin adı hallanır
Press-fakt.az
    
  • Separatçılığın kitabı bağlandı, Azərbaycan suverenliyini tam bərpa etdi -
    Separatçılığın kitabı bağlandı, Azərbaycan suverenliyini tam bərpa etdi - İlham Əliyev
  • 
  • İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?-
    İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?- ...Quranda belə bir hökm yoxdur
  • 
  • XANKƏNDİDƏ ERMƏNİ ƏSİLLİ SAKİN TERRORA CƏHD ETDİ -
    XANKƏNDİDƏ ERMƏNİ ƏSİLLİ SAKİN TERRORA CƏHD ETDİ - Polisə atəş açıb, yaralanan var
  • 
  • Rusiyalı səfir Zəngəzurdan danışdı:
    Rusiyalı səfir Zəngəzurdan danışdı: “Çoxlu sual işarəsi var”
  • 
  • İsrailin taleyi həll olunur:
    İsrailin taleyi həll olunur: 60-dan çox lider toplandı
  • 
  • İham Əliyev Xankəndidə açılışda iştirak etdi - 
    İham Əliyev Xankəndidə açılışda iştirak etdi -  FOTOLAR
  • 
  • Türkiyə XİN Yunanıstana etiraz edib -
    Türkiyə XİN Yunanıstana etiraz edib - "Belə təşəbbüslərdən çəkinməyə çağırırıq"
  • 
  • Rusiya ordusu Donetsk vilayətini atəşə tutdu -
    Rusiya ordusu Donetsk vilayətini atəşə tutdu - ÖLƏNLƏR VAR - FOTO
  • 
  • ABŞ-yə məxsus beş "F-35" qırıcısı Puerto-Rikoya enib -
    ABŞ-yə məxsus beş "F-35" qırıcısı Puerto-Rikoya enib - "Reuters"
  • 
  • "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"-
    "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"- Çingiz Abdullayev
  • 
  • Prezident Qaraxanbəyli kəndinin təməlini qoydu - 
    Prezident Qaraxanbəyli kəndinin təməlini qoydu -  FOTOLAR
  • 
  • TƏBRİZİN "Traktor"unun ÇL oyunları Azərbaycanda CANLI YAYIMLANACAQ - 
    TƏBRİZİN "Traktor"unun ÇL oyunları Azərbaycanda CANLI YAYIMLANACAQ -  VİDEO
  • 
  • Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir
  • 
  • İlham Əliyev Hadrut qəsəbəsində MƏSCİDİN AÇILIŞINDA - 
    İlham Əliyev Hadrut qəsəbəsində MƏSCİDİN AÇILIŞINDA -  FOTO
  • 
  • Noyabrın 1-dən Ermənistanın sərhəd möhüründə Ağrıdağın təsviri olmayacaq
    Noyabrın 1-dən Ermənistanın sərhəd möhüründə Ağrıdağın təsviri olmayacaq
  • 
  • Sentyabrın 15-i Bakıda hava yağmursuz olacaq, bölgələrdə yağış yağacaq
    Sentyabrın 15-i Bakıda hava yağmursuz olacaq, bölgələrdə yağış yağacaq
  • 
  • UKRAYNA DRONLARI RUSİYANIN DƏRİNLİKLƏRİNDƏ -
    UKRAYNA DRONLARI RUSİYANIN DƏRİNLİKLƏRİNDƏ - “Başneft” zavodu vuruldu
  • 
  • DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - 
    DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü -  FOTO
  • 
  • Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verdi
    Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verdi
  • 
  • Ceyhun Bayramov Ərəb-İslam Sammitində iştirak edəcək
    Ceyhun Bayramov Ərəb-İslam Sammitində iştirak edəcək
  • 
  • Azərbaycanda bu ərazilərə
    Azərbaycanda bu ərazilərə QAR YAĞIR
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • “BİZ ÇƏTİN VAXTLARDA BİR-BİRİMİZƏ DAYAQ DURMUŞUQ” – Prezident İlham Əliyevlə Zelenskinin bəyanatları (FOTOLAR)
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Səfir: “İranın ali dini rəhbəri, MM-in sədr müavini, iki nazirimiz Azərbaycan əsillidir”
  • “Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir”

    • Tarix: 28-12-2019, 20:09

    Professor İlham Rəhimov: “O qənaətdə deyiləm ki, Rusiya ilə yaxşı münasibətə görə Qərbdən üz döndərək”

    “Bəzi şəxslər tərəfindən göstəriş verildi ki, İlham Rəhimovun təşəbbüsü ilə keçirilən bu konfransı qətiyyən işıqlandırmaq olmaz”


    “Azərbaycanın  Rusiyanın hansısa lazımsız zavoduna guya 3 milyard dollarlıq sərmayə qoyması barədə yanlış məlumatlarla cəmiyyəti çaşdırmaq lazım deyil”

    Hüquq elmləri doktoru, professor İlham Rəhimov Moderator.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

    - İlham müəllim, dekabrın 12-də Moskvada Qara dəniz və Xəzər dənizi ölkələri Hüquqşünasları Assosiasiyası "Qlobal transformasiyalar çağında müasir dövlət" mövzusunda beynəlxalq elmi konfrans keçirdiniz. Həmin tədbir barədə təəssüratlarınızı bilmək istərdik. 

    - Azərbaycan ictimaiyyətinin bu konfransla bağlı müəyyən qədər informasiyası var. Eyni zamanda həmin tədbiri Azərbaycan jurnalistlərindən başqa Rusiyanın ən nüfuzlu telekanalları, o cümlədən "Rossiya 24", RBK kanalları geniş işıqlandırdı. Həmin telekanalların müraciəti əsasında  mətbuat üçün xüsusi brifinq də təşkil edildi. Konfransda 15-dən çox xarici dövlətdən tanınmış hüquqşünaslar iştirak edirdi. Qeyd edim ki, mənim rəhbərlik etdiyim Qara dəniz və Xəzər dənizi ölkələri Hüquqşünasları Assosiasiyası mütəmadi olaraq bu cür tədbirlər keçirir. Yadınızdadırsa, ötən il Bakıda da “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirmişdik. Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət olduğuna görə həmin konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdim. Məqsəd də o idi ki, xarici ölkələrin nümayəndələri gəlib Azərbaycanın məhz erməni terrorizmindən necə əziyyət çəkdiyini görsünlər və işğal olunmuş torpaqlarımızdakı terror yuvaları ilə bağlı real vəziyyətlə tanış olsunlar. Ona da ümid edirdim ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəlib həmin konfransda terrorizmin Azərbaycana vurduğu zərbələrlə bağlı dolğun məruzələrlə çıxış edəcəklər və erməni terrorizmini faktlarla ifşa edəcəklər. Amma təəssüflər olsun ki, bu baş vermədi. Təsəvvür edin ki, hüquqşünas millət vəkillərinə də dəvətnamələr göndərmişdik, amma onların əksəriyyəti tədbirdə iştirak etmədi. Halbuki, dövlət başçısı hər dəfə rəsmilərə tapşırır ki, Azərbaycanın erməni terrorundan əziyyət çəkdiyini bütün platformalarda, bütün konfrans və tədbirlərdə dilə gətirmək və ifşa etmək lazımdır. İndi siz deyin, bu prezidentin siyasətinin əleyhinədir, yoxsa yox?

    - Təbii ki, əleyhinədir.

    - Söhbət burada İlham Rəhimovdan getmir. Əslində həmin tədbiri biz İstanbulda keçirməliydik. Çünki İdarə Heyətində fikir bildirildi ki, Türkiyə də uzun illərdir terrordan əziyyət çəkdiyindən konfrans İstanbulda keçirilsin. Mənsə israr etdim ki, Azərbaycan regionda ən çox terrordan əziyyət çəkən ölkə olduğundan həmin konfransın Bakıda keçirilməsi daha ədalətli olar. Amma bizim rəsmilər belə bir tarixi şansı əldən verdilər. Özləri tədbirə gəlməkdən imtina etmələri azmış kimi, mediaya və telekanalara da bəzi şəxslər tərəfindən göstəriş verildi ki, İlham Rəhimovun təşəbbüsü ilə keçirilən bu konfransı qətiyyən işıqlandırmaq olmaz.
    Moskvada keçirilən konfransda isə Rusiyanın bütün hüquq-mühafizə orqanlarının yüksək çinli nümayəndələri, tanınmış hüquqşünaslar, akademiklər, o cümlədən baş prokurorluğun rəhbərliyi, Ali Məhkəmənin iki üzvü, Rusiya İstintaq Komitəsinin sədri konfransda iştirak və çıxış etdilər. 
     
    - İlham müəllim, bir neçə gün öncə doğulduğunuz Tovuz rayonundan Sizin bu dəfəki seçki marafonuna qatılmağınız üçün çoxsaylı müraciətlər mediada işıq üzü gördü. Bəlkə Siz də bu dəfəki seçki marafonuna qoşulasınız.

    - Doğrusu, həmin müraciəti mən Moskvada olanda eşitdim. Birincisi, Tovuzlular çox yaxşı bilir ki, mən imkan daxilində insanlara dəstək verməyə çalışmışam. Təbii ki, hamıya kömək etmək mümkün deyil. Ola bilsin ki, nə zamansa kimlərəsə əlimiz çatmayıb və bizdən inciyənlərin olması da təbiidir. Amma mən həmişə təkcə Tovuzlulara yox, çoxlarına kömək etmişəm və etməyə çalışmışam. O ki, qaldı həmin müraciətə, mən təkcə həmin müraciətə imza atanlara deyil, bütün Tovuzlulara minnətdarlığımı bildiriəm. Onlara çox səmimi sağ ol deyirəm. Namizəd olsam da, olmasam da, namizəd olub seçilsəm də, seçilməsəm də Tovuzlulara münasibətim necədir, o cür də qalacaq. Tam səmimi sözümdür, həmin müraciət mənim üçün deputat mandatından qat-qat üstündür. O cür ürəkdən gələn səmimi münasibət mənə bəsdir. 

    - Prezident İlham Əliyevin bir neçə gün öncə ölkə televiziyasına müsahibəsində vacib məqamlardan biri də Azərbaycanın Qərbə, Avropa strukturlarına inteqrasiyası məsələsində ehtiyatlı mövqe sərgilənməsinin səbəbləri barədə ilk dəfə açıq danışması oldu. Onun bu açıqlamasından ən çox məmnun qalan rəsmi Moskva oldu təbii ki. Siz necə düşünürsünüz, doğrudanmı Qərb bizə qarşı ikiüzlülük edir?

    - Doğrusu, prezidentin Qərblə bağlı açıqlamasından sonra Rusiyanın məmnun qalması barədə iddianızla bağlı bir şey deməkdə çətinlik çəkirəm. Həm də Azərbaycan dövlət başçısı hər hansı məsələ ilə bağlı fikirlərini bildirərkən ilk növbədə öz dövlət maraqlarını nəzərə almalıdır. Amma fakt faktlığında qalır ki, Rusiya-Azərbaycan münasibətləri olduqca yüksək səviyyədə olsa belə, görünür ki, bundan sonra daha da inkişaf edərək çox böyük zirvəyə qalxacaq. Ancaq mən o qənaətdə deyiləm ki, biz Rusiya ilə yüksıək səviyyədə münasibətdəyiksə, Qərbdən üz döndərək. Birincisi, bu heç mümkün də deyil və doğrusu, Azərbaycan rəsmilərindən də bu cür açıqlamalara rast gəlməmişəm. Heç kimə sirr deyil ki, Azərbaycanın çoxmilyardlı layihələrinin əksəriyyəti Qərblə, Qərbin strukturları ilə inteqrasiya olunmaqla reallaşdırılıb. Azərbaycanın dövlət baçısı da çıxışlarında  qeyd edib ki, Azərbaycan Qərblə əməkdaşlığa nəinki davam etdirəcək, hətta bu əməkdaşlığı ölkənin maraqları istiqamətində inkişf etdirməkdə maraqlıdı. Buna TANAP layihəsinin, Azərbaycandan Avropaya qaz nəqlinə dair marşurutun uğurlu icrasını misal göstərmək olar. Çox vaxt jurnalistlər və siyasətçilər Rusiya ilə Qərbi qarşı-qarşıya qoymaqdan sanki zövq alırlar. Sizcə, Rusiya Qərblə əməkdaşlıqda maraqlı deyil?! Sadəcə olaraq bu gün dünyada mövcud situasiya elədir ki, Krım və Donbas məsələsinə görə Rusiya ilə Qərb arasında münasibətlər soyuyub. Amma Rusiya həmişə, hətta I Pyotrun vaxtından Qərblə əlaqələr qurmağa can atıb. 

    - Problem ondadır ki, biz Qərbdən uzaqlaşmırıq, Qərb bizdən uzaqlaşmaq siyasəti aparır. Qərb Qarabağ məsələsində işğalçıya birmənalı dəstək verməklə gerçək simasını ortaya qoyur.

    - İnteqrasiya etmək heç də o demək deyil ki, Qərbin nə dəyərləri varsa, hamısını olduğu kimi kopyalayıb Azərbaycana da tətbiq etməliyik. Özünüz də yaxşı bilirsiniz ki, bu gün Qərbdə elə dəyərlər var ki, bizim üçün birmənalı olaraq qəbuledilməzdir. Lakin, müxtəlif sahələrdə  əməkdaşlıq Azərbaycana fayda verirsə, biz niyə bundan faydalanmyaq?!

    - Bayaq bir ifadə işlətdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bundan sonra daha böyük zirvəyə qalxacaq. Amma o zirvədən baxanda nə Qarabağ görsənir, nə səmimi strateji müttəfiqlik...

    - Qarabağ elə bir mövzudur ki, nə jurnalistlər, nə siyasətçilər, nə hüquqşünaslar ondan qaça bilmirlər və dəfələrlə fikir bildirilsə də, yenə nələrisə yenidən demək zərurəti yaranır. İndiyədək Qarabağla bağlı çox fikirlər bildirmişəm. Bilirsiniz, qəbul edin ki, öz bildiklərimin bir çoxunu mətbuat vasitəsilə ictimaiyyətə çatdıra bilmirəm. Ən azından bizi düşmən də izləyir.  Mən lap əvvəldən də demişdim ki, "5 rayon üstəgəl Dağlıq Qarabağın statusu və ən sonda 2 rayon" həll planı tələdir. Mən bu gün də həmin mövqeyimdə qalıram. Biz beynəlxalq hüquqa dayanaraq ərazi bütövlüyümüzün təmin olunmasını və işğala son qoyulmasını tələb edirik. Yəni konkret olaraq 7 rayonumuzun geri qaytarılmasını istəyirik və Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək status verməyə hazır olduğumuzu bəyan edirik. Ermənilərsə 5 rayonu geri qaytarmaq qarşılığında Dağlıq Qarabağa müstəqillik istəyirlər, bununla da kifayətlənməyib Kəlbəcər və Laçından Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz olmasında israr edirlər. İndi gəlin görək Rusiya nə istəyir? Ona görə ki, burada əsas fiqur Rusiyadır.  Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir.
    Fikrimcə, Rusiyanın mövqeyi belədir ki, o münaqişə tərəflərinə müraciət edərək deyir ki, siz öz aranızda razılığa gəlsəniz, sizə qarant olacam. Qarant variantlarından biri olaraq özünün sülhməramlı qoşunlarının münaqişə zonasına yeridilməsi ola bilər. Rusiyanı əsas düşündürən məsələ məhz münaqişənin həlli prosesində onun geopolitik maraqlarının ziyan görməməsidir.

    - Bəs yerdə qalan 2 rayonumuz?

    - İlk əvvəl onu qeyd edim ki, danışıqların dəqiq detallarını təbii ki rəsmi şəxslər daha dəqiq bilir. Lakin müxtəlif vaxtlarda Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması və həmin dəhlizə də sülhməramlı qoşun yeridilməsi ilə bağlı təkliflər səsləndirilib, müxtəlif  informasiyalar yayılıb.Yaxşı, tutaq ki, belə bir təklif səslənsin və Azərbaycan da lap buna razılıq versin. Amma soruşuruq ki, yaxşı, bəs Dağlıq Qarabağın statusu necə olacaq? Buna görə də bu planın uğurlu gələcəyinə inanmıram.

    - Necə olur ki, Azərbaycanın strateji müttəfiqi olan bir ölkənin xarici işlər naziri bizə qarşı bu cür tələ qurmağa cəsarət edir?

    - Nəinki Lavrov, digər həmsədrlər də zaman-zaman Lavrovdan betər anti-Azərbaycan təkliflər veriblər. Fikrimcə, Azərbaycanın beynəlxalq hüquqa görə öz torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququ var. Amma yaddan çıxarmayaq ki, hərbi əməliyyatlar Dağlıq Qarabağın sərhəddinə çatanda təkcə Rusiya yox, bütün dünya səsini ucaldacaq ki, mülki əhalinin həyatı təhlükədədədir. Hərbi əməliyyatlar yolu ilə isə biz əgər bütün Qarabağı azad edə bilməsək bu ümumiyyətlə həmin əməliyyatların nə qədər effeketiv olacağına dair suallar yaradacaq. Çünki bir neçə rayonu azad edəndən sonra ehtimal var ki, münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilsin. Bu isə ümumilikdə problemin həllinin gələcəkdə də onilliklərlə dondurulmuş vəziyyətdə qalması demək olacaq. Yaranacaq durum bizi indiki vəziyyətdən də çətin vəziyyətə sala bilər.

    - Bəs çıxış yolu nədir?

    - Biz ilk növbədə mudafiə imkanlarımızı daha da gücləndirməliyik. İqtisadi potensialımızı yüksəltməliyik. Eyni zamanda, diplomatik fəaliyyətimizi aktivləşdirməliyik. Biz indiki durumdan maksimum yararlanmalıyıq. Məhz kompleks tədbirlər bizə münaqişənin ərazi bütövlüyümüzun təmin edilməsi şərtilə həllinə imkan verə bilər. Bu istiqamətdə də imkanı olan hər bir şəxs var gücü ilə çalışmalıdır. 
    Biz mövcud vəziyyətdən də istifadə etməliyik. Elə bir şərait yaradılmalıdır ki, ermənilər Azərbaycanın maraqları təmin olunmadan onların normal yaşayış və təhlükəsizliyinin mümkün olmadığını başa düşsünlər.

    - Bir müddət öncə Rusiyada yaşayan iş adamı Fərhad Əhmədov Azərbaycanda birmənalı qarşılanmayan açıqlamalarla, təkliflərlə çıxış etdi. Xəbəriniz varmı onun fikirlərindən? Nədən Rusiyaya bu və ya digər formada bağlı olan adamların hətta xoşniyyətli təlif və açıqlamaları Bakıda nizə ilə qarşılanır?

    - Fərhad Əhmədovun təkliflərini mən də oxumuşam. Onu yaxşı tanıyıram, bilirəm ki, onun heç bir iddiası yoxdur. Azərbaycan üçün canını yandıran və xeyirxah adamdır. Fərhad Əhmədov istəyir ki, Azərbaycanda insanlar yaxşı yaşasın, ədalətli cəmiyyət olsun və xalqımız firəvan dolansın. O ki, qaldı onun təkliflərinə, mən orada dövlətin və xalqın əleyhinə heç nə görmədim. Ona görə də açığı, onun fikirlərinin top-tüfənglə qarşılanmasını başa düşmədim. Siz doğru deyirsiniz, nədənsə Azərbaycanda müəyyən dairələrdə Rusiyada yaşayan tanınmış adamlara qarşı bir qısqanclıq mövcud olub. 

    - Yəqin fikirləşirlər ki, Rusiya həmin adamların əli ilə Azərbaycanda hansısa siyasi oyunlar oynaya bilər.

    - Mən və Rusiyada yaşayan azərbaycanlılar heç vaxt elə bir əsas verməmişik ki, bizim haqqımızda nəsə belə düşünülüsün. 

    - "Milyarderlər İttifaqı" söz-söhbətindən sonra bu qısqanclıq yaranmağa başladı və bu günədək davam edir...

    - Bu barədə fikrimi mən o zaman da bildirmişdim. Əvvəla, orda nə Bakıda deyildiyi kimi ittifaq var idi, nə də hanısa milyarder. Bircə milyarder vardı onların içərisində. Sadəcə Bakıda mətbuat sensasiya xatirinə o adı qoymuşdular. Axırı nə oldu? Həmin o adamları Azərbaycanla düşmən etdilər, hərəsinin dalınca olmayan bir şey danışdılar. Azərbaycana lazım idi bu? Bir tərəfdən deyirik ki, Ruisyada diaspora yaradaq, o biri tərəfdən Rusiyadakı tanınmış azərbaycanlıların əleyhinə Bakıda bu cür mənasız və ziyanlı təbliğat aparırıq. O zaman biz o diasporu necə yaradacağıq?

    - Elə diaspora yarada bilmədiyimizlə bağlı da sual verəcəkdim...

    - Ona görə ki, Rusiyada yaşayan Azərbaycan elitasını bir qismi incik düşdü. Bunun da əsas səbəblərindən biri o vaxt bu sahə ilə məşğul olan bəzi rəsmilərimizin günahı idi ki, onların bir çoxu artıq vəzifələrindən uzaqlaşdıırlıb. Ümid etmək istəyirəm ki, yeni kadrlar bu məsələ ilə bağlı da daha uzaqgörən və faydalı siyasət yürüdəcəklər.

    - Deyəsən təkcə Bakıdan deyil, elə özləri də biri-birindən küsdülər...

    - Bir-birindən küsdülər söhbəti yoxdur. Biz burdan onlara o cür münasibət göstərməklə Vətəndən küsdürdük. Hələ mənim haqqımda da nə qədər mənasız şeylər yazdılar? Eləcə də  başqaları barəsində ağılagəlməz yazılar yazdılar. Hərənin adına bir şey qoşub könül bulandırdılar. Halbuki biz çox güclü diaspora yaratmaq istəyirdik, çünki bu işlə hələ 2000-ci illərin əvvəllərindən məşğul olanlardan biri də mən idim. 

    - İndi Siz çəkilib oturmusunuz kənarda?

    - Bu cür münasibətlər bizi incitsə də, Rusiyada güclü diaspora yaratmaq hamının, o cümlədən də mənim borcumdur. 

    - Dilqəm Əsgərovun ailəsi br neçə ay öncə şəxsən Vladimir Putinə və ya rəsmi Moskvanın hər hansı ali təmsilçisinə çatdırmaq üçün Sizə rus dilində yazılmış məktub vermişdi. Həmin məktubun taleyi ilə maraqlanırlar.

    - Mən həmin məktubu şəxsən Moskvada kimə lazımdırsa ona çatdırdım. Sadəcə, gumanlarıma görə bu gün Rusiya ilə Ermənistanın hakim komandası arasında münasibətlərin səviyyəsi problemin həllini ləngidir.

    - Doğrudanmı Rusiyanın Paşinyana təsir etmək imkanı yoxdur?

    -  Rusiya ilə Ermənistanın tarixi strateji münasibətləri və iki ölkənin rəhbərliyi arasındakı münasibətlərin səviyyəsi tam fərqli şeylərdir.
    Bir məsələni də qeyd edim. Bizdə təbii ki işğalçı dövlətin rəhbəri kimi Paşinyanı tənqid edirlər və bu təbiidir, dediyim kimi düşmən dövlətin faktiki rəhbəridir. Tutaq ki, sabah Paşinyan getdi, onun yerinə kim gələcək? Koçaryan kimi birisi gəlib yenə də Ermənistanla Rusiyanın münasibətini daha yaxşı səviyyəyə qaldıracaq. Ona görə müsahibənin əvvəlində qeyd etdim ki, indiki vəziyyətdə Azərbaycan bundan istifadə etməlidir.

    - Bəlkə bu gün bizə görsənən soyuq münasibətlər əslində aldadıcıdır və aysberqin görünməyən tərəfində hətta Koçaryan və Sarkisyan dönəmindəkindən daha isti münasibətlər var.

    - Elə deyil, sadəcə Ermənistanla Rusiyanı o qədər sıx tellər bağlayır ki, bir-birindən sanki asılı durumdadırlar. 

    - Ermənistan bu qədər işğaldan doymayıb indi də torpaqları geri qaytarmaq əvəzinə Rusiyadan kredit adı altında peşkəş kimi əldə etdiyi müasr silahlarla Azərbaycanı hədələyir. Bunun günahı Rusiyada deyilmi?

    - Bunun çox sadə bir izahı var. Azərbaycandan fərqli olaraq Ermənistanla Rusiyanı iki hərbi müqavilə bağlayır. Onlardan biri KTMT üzvlüyü çərçivəsində, digəri də iki ölkə arasında bağlanmış 49 illik hərbi müqavilədir. Eyni zamanda, Rusiyanın Ermənistanda çox böyük hərbi bazası var. Həmin müqaviləyə əsasən Rusiya digər ölkələrdən, tutaq ki, Azərbaycandan fərqli olaraq Ermənistana çox ucuz qiymətə silah satır. Sizə bir vacib məqamı da deyim: həmin müqaviləyə əsasən elə silahlar var ki, onların KTMT üzvü olmayan ölkələrə satılması ümumiyyətlə qadağan edilib. Amma son illər bizim Rusiya ilə yüksək səviyyəli münasibətlərimiz KTMT üzvü olmasaq belə müasir silahlar, tutaq ki, SU-57 tipli müasir döyüş təyyarələri almağa imkan verir. 

    - Sonda belə bir sadəlöhv sualla söhbətimizə yekun vurmaq istərdik. Azərbaycanın KTMT-yə üzvlüyünün qarşılığında Rusiya Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edə bilərmi?

    - Belə fikirlər müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı siyasi ekspertlər tərəfindən səsləndirilib. Lakin mən bununla bağlı Rusiya tərəfindən hər hansı təklif eşitməmişəm ki, Azərbaycan KTMT-nin üzvü olsun və bununla da Qarabağ problemi həll ediləcək. Guman etmirəm ki, Qarabağ məsələsinin həlli Azərbaycanın KTMT-üzvü olmadığından dalana dirənib. Unutmaq lazım deyil ki, Ermənistan uzun illərdir bu təşkilatın üzvüdür.

    - Bu günlərdə "Kommersant" qəzeti Rusiyanın Tümen vilayətindəki Antipinsk neft emalı zavodu ilə bağlı maraqlı yazı ilə çıxış edib və Sizin də həmin zavodla bağlı olduğunuzu iddia edib…

    - Yadımdadır, bir neçə ay bundan qabaq mətbuatda belə bir xəbər getmişdi ki, guya Rusiya SOCAR-ı Tümendəki heç kimə lazım olmayan həmin neftayırma zavodunu 3 milyard dollara almağa təhrik edib. Əslində, Antipinsk neft email zavodu ən son müasir texnologiyalar əsasında tikilən müəssisədir. Sadəcə olaraq zavodun maliyyə və idarə olunması ilə bağlı problemləri var idi. Rusiyanın SBERBANK-ı müəssisənin əsas maliyyə problemlərini həll edib. SOCAR isə bu sahədə təcrübəli şirkət olaraq müəssisənin operatorluğunu öz üzərinə götürüb.
    Amma "Kommersant" qəzetində bu haqda geniş şəkildə yazıldığından qısaca bildirim ki, SOCAR-ın da, mənim də həmin zavoda aidiyyatımız var. Mənim, SOCAR-ın və Rusiyanın bu zavoda nə dərəcədə aidiyyatı var, bunun hamısını "Kommersant" qəzeti təfsilatı ilə yazıb. Yəni artıq zavod işə düşüb və mən də orada iştirak edirəm. Əsl həqiqət budur. SOCAR bu gün həmin zavoddan pul qazanır,  zavodu faktiki olaraq işlədən SOCAR-dır. Bunu ona görə deyirəm ki, ictimaiyyət həqiqəti bilməlidir. Azərbaycanın  Rusiyanın hansısa lazımsız zavoduna guya 3 milyard dollarlıq sərmayə qoyması barədə yanlış məlumatlarla cəmiyyəti çaşdırmaq lazım deyil.

    Oxunub: 891
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      14-09-2025
      21:50 | Separatçılığın kitabı bağlandı, Azərbaycan suverenliyini tam bərpa etdi - İlham Əliyev
      21:31 | İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?- ...Quranda belə bir hökm yoxdur
      19:30 | XANKƏNDİDƏ ERMƏNİ ƏSİLLİ SAKİN TERRORA CƏHD ETDİ - Polisə atəş açıb, yaralanan var
      19:25 | Rusiyalı səfir Zəngəzurdan danışdı: “Çoxlu sual işarəsi var”
      19:20 | İsrailin taleyi həll olunur: 60-dan çox lider toplandı
      19:15 | İham Əliyev Xankəndidə açılışda iştirak etdi -  FOTOLAR
      19:00 | Türkiyə XİN Yunanıstana etiraz edib - "Belə təşəbbüslərdən çəkinməyə çağırırıq"
      16:10 | İSLAM ÖLKƏLƏRİNİN YENİ GÜC MƏRKƏZİ QURULUR - İtirən tərəf ABŞ və İsrail, qazanan tərəf Türkiyədir
      16:05 | Rusiya ordusu Donetsk vilayətini atəşə tutdu - ÖLƏNLƏR VAR - FOTO
      16:00 | ABŞ-yə məxsus beş "F-35" qırıcısı Puerto-Rikoya enib - "Reuters"
      15:55 | "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"- Çingiz Abdullayev
      15:45 | Prezident Qaraxanbəyli kəndinin təməlini qoydu -  FOTOLAR
      15:00 | TƏBRİZİN "Traktor"unun ÇL oyunları Azərbaycanda CANLI YAYIMLANACAQ -  VİDEO
      14:55 | Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir
      14:45 | İlham Əliyev Hadrut qəsəbəsində MƏSCİDİN AÇILIŞINDA -  FOTO
      14:40 | Noyabrın 1-dən Ermənistanın sərhəd möhüründə Ağrıdağın təsviri olmayacaq
      14:30 | Sentyabrın 15-i Bakıda hava yağmursuz olacaq, bölgələrdə yağış yağacaq
      14:20 | UKRAYNA DRONLARI RUSİYANIN DƏRİNLİKLƏRİNDƏ - “Başneft” zavodu vuruldu
      14:15 | DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü -  FOTO
      14:10 | Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verdi
      12:30 | Rusiya Türkiyədən "S-400"ləri geri alır -  SENSASİON İDDİA
      12:21 | Ceyhun Bayramov Ərəb-İslam Sammitində iştirak edəcək
      12:20 | İrəvandan yekun SÜLH SAZİŞİNİN İMZALANMA vaxtına dair AÇIQLAMA
      12:15 | Azərbaycanda bu ərazilərə QAR YAĞIR
      12:10 | Xəzər dənizinin Dağıstan hissəsində tornado - FOTO
      12:00 | Rusiyanın Leninqrad vilayətinə dron hücumu olub
      01:00 | “Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır”- Şmıqal
      00:45 | ÖLƏN ŞƏXSİN PENSİYASI AİLƏSİNƏ TEZ VERİLƏ BİLƏR? -  AÇIQLAMA
      00:40 | Bir-iki günə tamamilə fərqli məlumatlar eşidəcəyik -  ZELENSKİ
      00:35 | Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib... yandırdı
      00:30 | Sabiq nazir barədə həbs qərarı verildi
      00:25 | “1 saat dərs keçən də müəllim sayılır!”- Nazirə ETİRAZ
      00:20 | Ərəb ölkələri öz NATO-larını QURMAQ İSTƏYİR - Misir 20 min hərbçi ayırmağa hazırdır
      00:15 | PUA hücumu: Polşa və NATO qırıcıları havalandı
      00:10 | Dünyaya “Nüvə” XƏBƏRDARLIĞI - Kim Çen In ölkənin nüvə arsenalını...
      00:05 | İstedadlı jurnalist Səidə Bəkirqızı öz istəyi ilə "Space TV"dən getdi
      00:00 | Kelloq Üçüncü Dünya MÜHARİBƏSİ ilə bağlı XƏBƏRDARLIQ EDİB
      13-09-2025
      19:15 | Bolqarıstandan GERİ ÇAĞIRILAN SƏFİR - KATİBƏSİNDƏN QEYRİ-QANUNİ UŞAĞI VARMIŞ - İDDİA /FOTO
      18:15 | Türkiyə, İran və İraq liderləri Dohada fövqəladə sammitə qatılacaq
      18:10 | Rubl ucuzlaşır, Rusiya hökuməti çarə axtarır - ƏDV-nin artırılması müzakirə olunur
      18:00 | İSTƏDİYİMİZ VAXT PENSİYAYA ÇIXA BİLƏCƏYİK?- Parlamentdə yeni qanun layihəsinə baxılacaq
      17:55 | Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
      17:51 | "Space TV"-nin yayımı 6 saatlıq dayandırılacaq - Bu çıxışa görə /VİDEO
      16:00 | İsrail ordusu 250 min insanın Qəzzanı tərk etdiyini açıqlayıb
      15:50 | ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi - Daha 32 şirkət “qara siyahı”ya düşdü
      15:35 | İstanbuldan Bakıya gələn KOKAİN YÜKLÜ QADIN hava limanında saxlanıldı
      15:15 | Gəncə Humanitar Kollecində GƏRGİNLİK:  Əməkdaşlar direktordan ŞİKAYƏTÇİDİR
      15:00 | “Qazaxıstanda mal əti Azərbaycandan iki dəfə ucuzdur”- "Bizdə... gözə kül üfürməyi yaxşı bacarırlar”
      14:55 | Bakı və İrəvan BMT-də eyni cür səs verdilər -  6 ölkə Fələstin bəyannaməsinin əleyhinə çıxdı
      14:50 | Yağış yağacaq, külək əsəcək -  Sabahın havası
      14:45 | NATO genişmiqyaslı ƏMƏLİYYATA BAŞLAYIR - Polşa üzərindəki insident alyansı narahat edib
      13:30 | UNOCHA: “İsrail Qəzza şəhərinə ÖLÜM HÖKMÜ VERİB - ya gedin, ya da ölün”
      13:15 | “Vüsal 300” barəsində cinayət işi başlanıldı: ofisi möhürləndi - FOTO
      12:45 | Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?
      12:40 | Son 2 gün! - Kılıçdaroğlu CHP sədrliyinə qayıtmağa hazırlaşır
      12:30 | Suriyada DÖYÜŞLƏR GEDİR - Türkiyə MÜDAXİLƏ EDƏ BİLƏR
      12:20 | ABŞ NATO ərazisinin hər qarışını müdafiə edəcəyinə söz verib
      12:10 | Azərbaycan Türkiyədən aldığı geyimlərə nə qədər pul XƏRCLƏYİR?- AÇIQLAMA
      12:05 | Marsda həyat izləri tapılıb?- NASA alimləri çox nikbin danışır
      11:35 | Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib
      11:25 | HƏR ADDIMIMIZI İZLƏYİRLƏR...- Texnologiyanın görünməyən tərəfi: RAHATLIQMI, NƏZARƏTMİ? /Araşdırma
      11:15 | Elnur Şükürov azadlığa buraxılıb
      11:11 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - SİYAHI
      10:35 | Belaruslular sürətlə rus ordusuna qoşulur - Ukrayna kəşfiyyatı
      10:30 | Rusiyada güclü zəlzələ - Sunami təhlükəsi elan edildi
      10:10 | Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ - BİR AYLIQ MAAŞI BİR GÜNDƏ alanlar kimlərdir?
      10:00 | ABŞ G7 ölkələrini Rusiya neftinin alıcılarına qarşı rüsum tətbiq etməyə çağırıb
      00:40 | Futbol millimizin ƏN YAXŞI və PİS məşqçiləri KİMLƏR OLUB?- SİYAHI
      00:35 | Aİ Rusiyaya qarşı sanksiyaların müddətini yenə uzadıb
      00:30 | ATƏT-dən Minsk Qrupunun bağlanması barədə AÇIQLAMA
      00:20 | "12 DEV ADAM" TARİX YAZDI...- Türklər yunanlara basketbol dərsi keçdi
      00:15 | Trampın Nobel arzusu gözündə qalır -  Nobel Komitəsi açıqlama yaydı
      00:10 | Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: “O ərazidə Rusiya sərhədçiləri...”
      00:05 | Arayik və dəstəsinin məhkəməsi davam etdirilir -  Bu sənədlər məhkəmədə elan olundu /FOTO
      00:00 | NATO “Şərqin mühafizəçisi” əməliyyatına BAŞLAYIR
      12-09-2025
      21:30 | BMT-də Fələstinlə bağlı SƏSVERMƏ - Kimlər LEHİNƏ, kimlər ƏLEYHİNƏ oldu
      19:20 | Ter-Petrosyandan Paşinyana xəbərdarlıq:  "Ermənistanın paşası,.."
      18:40 | Tramp xəbərdarlıq etdi: Rusiya iqtisadiyyatına zərbə endirəcəyik!
      17:30 | Son dörd ildə Xəzər dənizinin səviyyəsi 24 sm azalıb
      16:15 | Silivridə Əkrəm İmamoğlunun məhkəməsi başladı
      15:45 | TÜRKİYƏNİN MƏŞHUR BRENDLƏRİ Ermənistan BAZARINDA -  Quru sərhədin tam açılması ilə... /Araşdırma
      15:00 | ABŞ-ın Avropadakı keçmiş komandanı: "Kreml imkanlarımızı yoxlamaq üçün məşq edir"
      14:50 | Mobil operatorlar bu il 800 milyon manatdan çox gəlir əldə edib
      14:15 | Azərbaycan elektrik enerjisini neçəyə satıb, neçəyə alır?- Ölkələrin SİYAHISI
      14:00 | Metroda differensial qiymət artımı ola bilər - Rəsmi
      13:45 | FİTNES ZALLARINDA “GİZLƏNƏN” TƏHLÜKƏ...- Və ya ideal bədən istəyən gənclər üçün risklər
      13:35 | Dərslər bu tarixdə başlayacaq - RƏSMİ
      13:15 | “BÜTÜN MƏKTƏBLƏRDƏ şagirdlərin telefondan istifadəsi QADAĞAN OLUNACAQ”- RƏSMİ
      13:00 | “Sülh sazişinin yaxın aylarda imzalanması gözlənilir”- Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi
      12:55 | Sabiq prezidentə 27 il həbs - ABŞ məhkəmə qərarını “saxta” adlandırdı
      12:45 | RUSİYADA HƏYƏCANLI GECƏ - Yüzlərlə dron hücum etdi, Peterburq hava limanı iflic oldu
      12:40 | Azərbaycanda 7 ayda 35 min insan ölüb - Statistika Komitəsi
      12:35 | Azad edilmiş ərazilərdə 55329 nəfər məskunlaşıb -  RƏSMİ
      12:30 | Culfada 4 polisin həlak olduğu qəza yerindən FOTOLAR
      12:20 | İnfarkt və insult “gəncləşib” -  Kardioloq səbəbləri açıqladı
      12:00 | NAZİRİN BRİFİNQ TƏHDİDLƏRİ - “Təhqir də edin, amma həqiqəti ələ salmayın...”
      11:35 | Azərbaycanda əhalinin sayı açıqlandı - 0,2 faiz artım
      11:30 | Ukrayna bir zərbə ilə 17 zabiti məhv edib - Adlar açıqlandı
      11:25 | Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
      11:17 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.