Globall.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
Bakı və Ankaranın sülhməramlılardan tələbi - Laçın dəhlizinə tam nəzarət
Ermənilər Kəlbəcərdə yolu bağladı: Nə baş verir? - Video
“Jurnalistlər binası”ndan verilən 20 mənzil geri alınacaq - SİYAHI HAZIRLANDI
Globall.az
    
  • Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqlayıb
    Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqlayıb
  • 
  • ABŞ-ın ilk qadın vitse-prezidenti and içdi
    ABŞ-ın ilk qadın vitse-prezidenti and içdi
  • 
  • Ermənistan rəhbərliyi erkən seçkilərə getməyə hazırdır
    Ermənistan rəhbərliyi erkən seçkilərə getməyə hazırdır
  • 
  • 20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib -
    20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib - FOTO/VİDEO
  • 
  • İranın Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb
    İranın Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb
  • 
  • Qorbaçovdan ABŞ-a məsləhət:
    Qorbaçovdan ABŞ-a məsləhət: "İğtişaşlardan nəticə çıxarın!"
  • 
  • Trampdan vida mesajı:
    Trampdan vida mesajı: "Amerikanın çiçəklənməsi üçün dua edirik”
  • 
  • Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
    Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
  • 
  • Tramp 73 nəfəri əfv edib -
    Tramp 73 nəfəri əfv edib - Ağ ev
  • 
  • İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər -
    İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO/VİDEO
  • 
  • Trump yeni siyasi partiya qurur
    Trump yeni siyasi partiya qurur
  • 
  • Koronavirusun ötürülməsinin qarşısını ala biləcək dərman tapılıb
    Koronavirusun ötürülməsinin qarşısını ala biləcək dərman tapılıb
  • 
  • Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi REAKSİYA
    Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi REAKSİYA
  • 
  • Nazir Tovuzun rəisini təqaüdə göndərdi
    Nazir Tovuzun rəisini təqaüdə göndərdi
  • 
  • Türkiyə səfirliyi:
    Türkiyə səfirliyi: “Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq”
  • 
  • 69 yaşlı Putin “Xaç suyu”na girdi
    69 yaşlı Putin “Xaç suyu”na girdi
  • 
  • Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərib
    Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərib
  • 
  • İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək
    İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək
  • 
  • Donald Tramp vida müraciəti ilə çıxış edib
    Donald Tramp vida müraciəti ilə çıxış edib
  • 
  • XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
    XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
  • 
  • Azərbaycan və İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşıb -
    Azərbaycan və İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşıb - “Xudafərin” və “Qız Qalası” ilə bağlı isə müzakirə aparılıb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Yaşam
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Yazarlar
    • İdman
    • Maraqlı
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Bu bəyanat Ermənistanın təcavüzkar ölkə kimi tanınmasıdır"- Bədrəddin Quliyev /Müsahibə
  • İrəvan müharibə çağırışı edir, Azərbaycan XİN-i isə... işğalçının başını tumarlayır!
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • “YALNIZ MÜHARİBƏ, BAŞQA YOL YOXDUR!” - “Rusiya silahları Ermənistana İran vasitəsilə çatdırılıb”

    • Tarix: 16-06-2020, 19:39



    Tofiq Zülfüqarov: “Danışıqlar prosesi imitasiya xarakteri daşıyır və onun bir qəpiklik rolu yoxdur”

    Son zamanlar Ermənistanın işğalçı siyasətinin növbəti təzahürlərini müşahidə etməkdəyik. Söhbət Ermənistanı Qarabağa birləşdirən üçüncü yolun çəkilişindən, Xudafərin istiqamətində İrandan işğal edilən ərazilərə yeni körpülərin salınmasından, açıq-aşkar anneksiya siyasətindən gedir.
    AzPolitika.info-nun bu mövzu ilə bağlı suallarını sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov cavablandırıb.
    Müsahibəni təqdim edirik:

    - Tofiq müəllim, bir müddət əvvəl bəlli oldu ki, Ermənistan Azərbaycanın işğal etdiyi Zəngilan rayonu istiqamətində Qarabağa üçüncü şose yolunu çəkməyə başlayıb. Ermənistanın bu addımı nəyə hesablanıb və onu necə qiymətləndirirsiniz? 

    - Əlbəttə ki, Ermənistanın bu addımı pislənməlidir. Bizim işğal edilən ərazilərimizdə Azərbaycan qanunlarına zidd olan o qədər əməllər törədilib ki, bu yolun tikintisi heç də həmin cinayətlərlə müqayisədə ən dəhşətlisi deyil. Çox yaxşı haldır ki, Azərbaycan ictimaiyyəti buna kəskin reaksiya verir. İctimaiyyətin belə münasibəti göstərir ki, insanlarımızın səbr kasası çoxdan dolub. Amma bir daha qeyd edim ki, işğal edilən ərazilərimizdə bundan da azğın cinayət əməlləri törədilib. Yol çəkilməsi məncə, Ermənistanın anneksiya siyasətinin əlavə sübutudur.

    - Sizcə, bu yolun çəkilişi ilə Xudəfərin istiqamətində tikilən su elektrik stansiyası arasında əlaqə varmı?

    - Burada yol çəkilməsi və dedikləri kimi İranla əlaqələrin gücləndirilməsi sözsüz ki, bizə qarşı olan addımdır. Unutmamalıyıq ki, Rusiya-Ermənistan hərbi münasibətləri İran vasitəsilə həyata keçirilir. Bəzən biz deyirik ki, Rusiya bu və ya digər yolla Ermənistana hansısa silahlar verib. Söhbət hansı yoldan gedir? Həm müharibə vaxtı, həm də sülh dövründə, bir sözlə, uzun illər Rusiya silahları Ermənistana İran vasitəsilə çatdırılıb. Bunu indiyə qədər hansısa səbəblərə görə açıq demirdik. Amma indiki mərhələdə bunu açıqlamağa ehtiyac var.

    - Prinsipcə, silah-sursatı təyyarələr vasitəsilə də çatdırmaq mümkündür...

    - Bəli, bunu da deyənlər var. Amma nəzərə alın ki, təyyarə hərbi yükləri harasa aparırsa, keçdiyi ərazilərə deklarasiya təqdim etməlidir və burada göstərilməlidir ki, silahlar nədən ibarətdir və onlar hara gedir. Bu, beynəlxalq hüququn tələbidir. Biz isə görürük ki, bu illər ərzində hərbi fəaliyyət və əməkdaşlıq İran vasitəsilə həyata keçirilir. Əlbəttə, indi deyilir ki, Azərbaycanın işğal olunan ərazilərində yollar tikilir, körpü salınır və s. Əslində isə hərbi yüklər uzun illər boyu İran vasitəsilə Ermənistana daşınıb. Yeni körpü tikilməsi ilə məsələ bitmir. Buna qədər də mövcud olan yollardan tam istifadə ediblər.

    Xudafərin məsələsinə gəldikdə isə, mənim mövqeyim bəllidir. Təəssüflər olsun ki, biz Xudafərin istiqamətində başa çatdırılan layihəyə dair reallığı qəbul etməliyik. Əvvəla, bu layihə bizim nəzarətimiz olmadan həyata keçirilib. Yaxşı hal oldu ki, hüquqi baxımdan biz həmin layihəyə təsir göstərərək, onun mənfi təsirlərini azalda bildik. Mən hesab edirəm ki, burada ilk növbədə reallığı nəzərə almalıyıq.

    “İşğal olunan ərazilərimizdə III mərhələyə - anneksiya siyasətini reallaşdırmağa başlayıblar”

    - Bəzi siyasətçilər deyirlər ki, üçüncü yolun çəkilişi gələcəkdə müharibə zamanı bizim əleyhimizə istifadə olunacaq. Bu səbəbdən də təklif olunur ki, Azərbaycan işğal edilən ərazilərimizdə çəkilən yol infrastrukturunu bombalamalı və onun çəkilişini dayandırmalıdır. Sizin bu məsələ ilə bağlı düşüncələriniz nədən ibarətdir?

    - Açığı, mən belə təkliflərə təəccüblə yanaşdım. Bizim əsas problemimiz nədir? İşğal olunan ərazilərimizi azad etmək. Vacib məqamı kənara qoyaraq yaradılan infrastrukturu dağıtmaq bizə nə verəcək? Beynəlxalq hüquqa, Azərbaycan Konstitusiyasına görə, bunlar işğal edilən ərazilərdir. Biz bu əraziləri işğaldan azad etməliyik. Nəyə görə məhz yol çəkilişi bizim həmin əraziləri vurmağımıza səbəb olmalıdır? Əsas məsələni qoyuruq bir kənara və yol çəkilişini qabardırıq. Bura bizim qanuni torpaqlarımızdır.
    Konstitusiyamıza, BMT nizamnaməsinə uyğun olaraq, işğalçını oradan çıxarmaq hüququmuz var. “Ermənilər yol tikir” məsələsini əsas gətirərək onları vurmaq təklifini doğru saymıram. Nəzərə alın ki, ermənilər uzun illərdir bu ərazilərdə qoşunlarını yerləşdiriblər, etnik təmizləmə siyasəti həyata keçiriblər, mədəniyyət abidlərimizi dağıdıblar, ərazilərimizi iqtisadi baxımdan istifadə edirlər və s.
    Bu cinayətləri sadalamaqla bitməz. Bu siyahının sonunda yol çəkmək gəlir. İndi o boyda cinayətləri bir kənara qoyaraq, yol çəkmələrini qabartmaq, məncə, düzgün deyil. Biz mənzərəni tam görməliyik. Ermənistan hərbi gücdən istifadə edərək torpaqlarımızı işğal edib. Orada etnik təmizləmə aparıb.
    İndi isə III mərhələyə keçib ki, bu da anneksiya siyasətinin reallaşdırılmasıdır. Bunu da açıq şəkildə bəyan ediblər. Əsas cinayətləri kənara qoymaq və sonuncudan tutmaq düzgün deyil.

    “Avropa İttifaqının siyasətçiləri də görürlər ki, vəziyyət müharibəyə doğru gedir”

    - Avropa Parlamenti bəyanat yayaraq Ermənistanın bu addımını pisləyir. Amma Rusiya, ABŞ və Fransanın təmsil olunduğu vasitəçilər institutu “müdrikcəsinə” susur. Sizcə, niyə?

    - Əslində, həmsədrlər institutu çoxdandır ki, zəifləyib. Orada uzun illərdir Rusiyanın dominantlığı var və bu dominantlığı həyata keçirən erməni əsilli Rusiya Xarici İşlər naziridir. Rusiyanın Xarici İşlər naziri bu institutu demək olar ki, iflic vəziyyətinə gətirib.

    Sözsüz ki, bu bəyanatın böyük təsiri var və bu, müsbət hadisədir. Amma unutmayaq ki, ermənilər nəinki bəyanatlara, hətta BMT Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymayaraq torpaqlarımızın işğalını davam etdiriblər. Biz uzun illər ümid edirdik ki, Minsk Qrupu nəsə edəcək. Artıq ortaya çıxıb ki, onlar heç nə edəsi deyillər.
    Bu baxımdan Avropa İttifaqının siyasətçiləri də görürlər ki, vəziyyət birmənalı olaraq, müharibəyə doğru gedir. Ən böyük fakt odur ki, Avropa İttifaqı artıq Gürcüstan, Ukrayna, Moldova konfliktlərilə Qarabağ münaqişəsinə eyni mövqedən yanaşır. Əvvəllər onlar bizim konflikti kənara qoyurdular, başqa baxış sərgilənirdi. İndi isə MDB məkanında olan münaqişələri ümumiləşdirib, ortaya eyni mövqe qoyurlar. Hesab edirəm ki, bunun özü müsbət hadsədir.

    Amma açıq danışmalıyıq. Hesab edirəm ki, jurnalistlər, təhlilçilər və ictimaiyyət nümayəndələri belə stereotiplərdən bir qədər uzaqlaşmalıdır. Bizdə belə yanaşma mövcuddur ki, filan təşkilat bəyanat versə və Ermənistanı pisləsə, ermənilər bizə təslim olub torpaqlarımızı qaytaracaqlar. Təəssüflər olsun ki, bizdə müsbət hal sayılmayacaq belə stereotip var. Belə bəyanatlar bizə lazımdır, diplomatik uğurdur, amma onlar həlledici amil deyil. Başa düşməliyik ki, bizim ərazilərimizin üzərindəki suverenliyimiz hər bir bəyanatdan üstündür.
    Həm Konstitusiya, həm də beynəlxalq hüquqa görə, bizim suverenliyimiz hər şeyin üstündədir. Çünki buna bənzər konfliktlərlə bağlı müxtəlif təşkilatlar fərqli bəyanatlar verə bilər. Amma həlledici amil Azərbaycan dövləti, xalqı və ordusudur.
    Bunu ictimaiyyət bilməlidir. 30 il əvvəl nəsə baş verəndə şikayəti Moskvaya yazırdılar. İndi sanki Moskvanın yerini beynəlxalq təşkilatlar tutub və biz guya ora həqiqətləri çatdırsaq, məsələ həll ediləcək. Qətiyyən belə deyil.

    - Yəqin razılaşarsınız ki, danışıqlar prosesi indi ölü nöqtədədir və böhran keçirir...

    - Bəli, real danışıqlar prosesi artıq çoxdan böhran içindədir. Artıq onillər keçib və biz anlayırıq ki, danışıqlar vasitəsilə torpaqlar azad edilməyəcək. Son vaxtlara qədər imitasiya prosesi baş verirdi. Siyasətçilər belə təəssürat yaradırdılar ki, sabah 3 rayon azad ediləcək. Mövsümi olaraq bunu müşahidə edirdik. Sanki belə uydurmalar ictimaiyyətin başını qatırdı.
    Amma indi ictimaiyyət dəqiq başa düşür ki, bunların hamısı nağıldır. İmitasiya prosesini bərpa etmək artıq mümkün deyil. Biz başa düşməiyik ki, bu cür bəyanatlar və addımlar kimə və nəyə yönəlib.
    Ünvan Azərbaycan ictimaiyyətidir. İndi isə Azərbaycan xalqı başa düşür ki, bunlar hamısı cəfəngiyyatdır, danışıqlar prosesi imitasiya xarakteri daşıyır və onun bir qəpiklik həlledici rolu yoxdur. Üstəlik, artıq bunu bərpa etmək də mümkün deyil.

    - Bəs, alternativ variant nədir? 

    - Ermənilərin mövqeyi dəyişmir. Paşinyanın mövqeyini dəyişəcəyini düşünməyə heç bir əsas yoxdur. Alternatv bütün dünyada və tarixdə olduğu kimi, yalnız müharibədir. Torpaqlarımızı qaytarmaq istəyiriksə müharibə aparmalı və silah gücü ilə torpaqları azad etməliyik. Ayrı yol yoxdur. Kimsə desə ki, ayrı yol var, bu, sadəcə yalandır. Ona görə yox ki, biz müharibəni sevirik və bunu istəyirik. Ona görə ki, ermənilər bizə ayrı yol saxlamayıblar. Bu, tarixi reallıqdır.

    Vaqif NƏSİBOV

    Oxunub: 1 653
    Paylaş:
    
    • Xəbər xətti

      
      2021-01-20
      20:33 | Bayden and içərək prezident kimi fəaliyyətə başladı
      20:29 | Ermənistan Qarabağ müharibəsində itkilərinin sayının artdığını açıqlayıb
      20:25 | ABŞ-ın ilk qadın vitse-prezidenti and içdi
      20:22 | Ermənistan rəhbərliyi erkən seçkilərə getməyə hazırdır
      20:20 | Tramp Ağ evlə vidalaşdı
      20:17 | Madriddə qocalar evində partlayış, ölənlər və yaralılar var - VİDEO
      15:11 | Paşinyan: “Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim”
      13:41 | 20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib - FOTO/VİDEO
      13:24 | Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləməyib
      13:17 | Azərbaycan tütün idxalına çəkdiyi xərci 27 % azaldıb
      13:04 | Лавров закладывает мину под соглашение, подписанное Путиным?
      12:54 | İranın Şərqi Azərbaycan vilayətində koronavirus yenidən yayılmağa başlayıb
      12:32 | “Atandan soruş ki, şir ovuna getmək əvəzinə niyə orduya 1-2 PUA almırdı?...”- Arutyunyanın Köçəryanın oğluna sualı
      12:21 | Qorbaçovdan ABŞ-a məsləhət: "İğtişaşlardan nəticə çıxarın!"
      12:08 | Trampdan vida mesajı: "Amerikanın çiçəklənməsi üçün dua edirik”
      12:05 | Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
      12:03 | Tramp 73 nəfəri əfv edib - Ağ ev
      12:00 | Hulusi Akar: “Terrorçuları tamamilə zərəsizləşdirmək qərarımız qətidir”
      11:46 | NƏ İRANA, NƏ DƏ TÜRKİYƏYƏ GÜZƏŞT OLACAQ - Blinken ən əvvəl müttəfiqləri ilə “məşğul olacağını” bildirib
      11:40 | “Lotu Quli”nin məzarı üstündə atışma: Əli Həşimov öldürüldü - FOTO/VİDEO
      11:31 | İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO/VİDEO
      11:23 | Ruhani: “Terrorçu Tramp... olmasaydı, vaksinasiya daha erkən başlaya bilərdi”
      11:13 | COVİD-19-la bağlı SON STATİSTİKA - Virusdan dünyada 2 065 695 insan ölüb
      11:06 | Bu gün ABŞ-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək - Bakı vaxtilə saat 17.45-də
      11:00 | Entoni Blinken: “Türkiyənin S-400 zenit raket kompleksləri alması qəbuledilməzdir”
      10:53 | Pentaqonun gələcək rəhbəri: “Rusiya və Çin maraqlarımıza ciddi təhlükə yaradır”
      10:50 | Trump yeni siyasi partiya qurur
      10:47 | Koronavirusun ötürülməsinin qarşısını ala biləcək dərman tapılıb
      10:42 | Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə rəsmi REAKSİYA
      10:37 | Nazir Tovuzun rəisini təqaüdə göndərdi
      10:33 | Türkiyə səfirliyi: “Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq”
      10:18 | Ermənilər təşvişdə: “Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir”
      10:07 | 69 yaşlı Putin “Xaç suyu”na girdi
      10:04 | “Putinin sarayı”- Navalnının yeni araşdırması – VİDEO
      09:54 | “Ermənistan müharibəni “Biz qalib gələcəyik!” şüarı ilə uduzdu”- Seyran Ohanyan
      09:48 | Bakı və Ankaranın sülhməramlılardan tələbi - Laçın dəhlizinə tam nəzarət
      09:23 | Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərib
      09:19 | İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək
      09:16 | Donald Tramp vida müraciəti ilə çıxış edib
      09:13 | XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
      09:07 | ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi
      09:03 | 20 YANVAR FACİƏSİNDƏN 31 İL ÖTÜR - VİDEO
      2021-01-19
      19:22 | "Xalça altına süpürülən" milyonlar...- Muradov "Azərxalça"da 114 milyonun "başına necə daş salıb?"
      19:13 | Hulusi Akar Məsud Bərzani ilə görüşüb
      19:10 | İran ordusu “İqtidar 99” təlimlərinə başlayıb
      19:04 | "Navalnı üç çarpayılıq kamerada təcrid olunub" - "Onun həyatı təhlükədədir"
      16:39 | Azərbaycan və İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşıb - “Xudafərin” və “Qız Qalası” ilə bağlı isə müzakirə aparılıb
      16:35 | FTB-nin xüsusi hesabatı: "Cozef Baydenin andiçmə mərasimi üçün təhlükə var"
      16:32 | Saxara səhrasına qar yağıb - FOTOLAR
      16:23 | Da Vinçinin oğurlanmış əsəri tapıldı
      16:20 | ABŞ-da qorxunc proqnoz: Gələn ay ölənlərin sayı yarım milyona çatacaq
      16:16 | Köhnə avtomobil idarə edən sürücülərin NƏZƏRİNƏ: Yeni proqram hazırlandı
      16:10 | Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq – FƏRMAN
      16:07 | Korotçenkodan Lavrova: O ermənilər əsir deyil, terrorçudur!
      16:04 | Ermənilərin axtarış qrupu minaya düşdü
      16:01 | Ermənilər Kəlbəcərdə yolu bağladı: Nə baş verir? - Video
      12:40 | “Jurnalistlər binası”ndan verilən 20 mənzil geri alınacaq - SİYAHI HAZIRLANDI
      12:33 | Almaniyada sığınacaq istəyən Azərbaycan vətəndaşları…- Sayları məlum olub
      12:28 | ABŞ-da koronavirus: yoluxanların sayı 24 018 793 nəfərə çatıb
      12:26 | Ermənistanın baş prokuroru: "Paşinyanın həbs edilməsi üçün yetərincə dəlil var"
      12:24 | Dünya bazarlarında təbii qaz yenidən bahalaşıb
      12:21 | Cəlilabadda əməliyyat: rayon sakini 32 kq-dan çox narkotik vasitə ilə saxlanıldı
      12:11 | Vüqar Səfərli apelyasiya şikayəti verməkdən imtina edib
      12:07 | Gürcüstanda daha 1550 nəfərdə koronavirus aşkarlanıb - 15 nəfər isə vəfat edib
      12:04 | 2778 şəhidin ailə üzvlərinə pensiya, müavinət və təqaüd təyin olunub - ƏƏSMN-dən açıqlama
      11:49 | TƏBİB sədri vətəndaşlara müraciət etdi: "İNANMAYIN"
      11:45 | BMT-nin sülhməramlıları Mərkəzi Afrika Respublikasında öldürülüb
      11:42 | Rusiyada son sutkada 586 nəfər pandemiyanın qurbanı olub
      11:40 | Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü
      11:38 | Yaponiyada qar təmizlənməsi zamanı 60-dan çox insan ölüb
      11:36 | Erməni jurnalist: “Ermənistan vətəndaşları Qarabağ varlıları üçün ölməməlidir”
      11:29 | Daxili Qoşunların şəhid olan hərbçilərinin sayı açıqlandı
      11:27 | Vaksinlərin alınmasına nə qədər pul xərclənib?..
      11:21 | Baş redaktor Prezidentin sabiq köməkçisini yıxıb-sürüdü: "Siz Quskanın qapançılığından bu vəzifəyə gəlmişdiniz..."
      11:07 | Qarabağa qaytarılan ermənilərin sayı 50 mini ötdü
      11:04 | Qarabağda daha 7 erməni hərbçisinin cəsədi tapıldı
      10:56 | Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam...- Dilşad Məmmədova
      10:50 | İsrail Türkiyəyə göndərəcəyi səfiri də seçdi
      10:41 | Rusiya 1,2 milyardı İrəvana yükləyəndən sonra…- Politoloq Oleq Kuznetsov
      10:30 | Azərbaycanla İran arasında yeni körpü tikiləcək
      10:22 | Fransa səfiri: “Azərbaycanla münasibətlərə yenidən başlamağın vaxtıdır”
      10:17 | Tramp prezidentliyinin son saatlarında fərmanlar imzalayır
      10:11 | “Mən də insan idim və o fikrdə deyiləm ki, hər şeyi ideal etmişəm...”- Əli Həsənov
      10:05 | Bu gün Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək
      10:00 | Pandemiyaya səbəb Çinin ilk günlərdə məlumatları gizlətməsi olub - ÜST
      09:59 | İstanbul beynəlxalq aeroportunda dünya rekordu qeydə alınıb
      2021-01-18
      18:21 | «Не Шуши, а Шуша» - Алиев отправился в Шушу за рулем
      18:03 | БЕЛЫЕ ПЯТНА ИСТОРИИ - Переселение армян на Кавказ (I этап)
      17:41 | Putinin kabusu döndü - Navalnı: "HEÇ KİMDƏN QORXMURAM, SİZ DƏ QORXMAYIN!"
      17:20 | Şəhidlərin yeni siyahısı açıqlanıb - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
      Davamı

    • Mob:  (055) 250-77-79
      Email: [email protected]
      Ünvan: Mətbuat Prospekti 24.
    • Copyright © 2019 Globall.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.