Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • PREZİDENT NAZİRİ QƏBUL ETDİ, MƏMURLARI HƏDƏLƏDİ: "Ən vacibi odur ki, get təmiz işlə, rüşvət alma..."
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • “Rusiya üçün əsas məsələ onun regionda maraqlarının təmin edilməsidir”
  • İrəvan müharibə çağırışı edir, Azərbaycan XİN-i isə... işğalçının başını tumarlayır!

    • Tarix: 22-04-2020, 18:52



    Azərbaycan XİN prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı yürütdüyü hücum diplomatiyasına lazımi dəstək vermək və bundan irəli gələn vəzifələri icra eləmək iqtidarında deyil

    Ermənistanı rəhbərliyi pandemiya dönəmində də Qarabağ məsələsində təxribatçı, beynəlxalq hüquqa sığmayan həyasız mövqeyini saxlayır. Halbuki məntiqlə həm epidemioloji, həm də sosial-iqtisadi göstəricilər baxımından Cənubi Qafqazın ən geridə qalmış, vassal ölkəsi kimi məhz Ermənistan konfliktin həllində hamıdan çox maraqlı olmalıdır. O Ermənistan ki, pandemiyadan sonra da həll olunmamış Qarabağ ixtilafına görə izolyasiya rejimində qalmaqda davam edəcək.

    Əfsus ki, İrəvanın indiki rəsmiləri də sələfləri kimi öz xalqını aldatmaqla məşğuldur. Onlar da sələfləri kimi Qarabağla bağlı Azərbaycanın heç vaxt razı olmayacağı absurd şərtlər və tələblərdən dəm vurur, mifik “hərbi qələbə” eyforiyasından çıxa bilmirlər.

    Bununla da böyük sülhü yox, haqq etdikləri fəlakətli sonluğu – Azərbaycanın öz torpaqları uğrunda azadlıq savaşını yaxınlaşdırırlar.

    Ermənistanın xarici İşlər naziri Zohrab Mnatsakanyanın bir neçə gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı verdiyi məlum açıqlamasına cavabı buna bir daha şəkk-şübhə saxlamır və aparılan kövrək sülh danışıqlarını da tam mənasız edir.

    Actually Today: Zohrab Mnatsakanyan - Public Television of Armenia
    Zohrab Mnatsakanyan

    Xatırladaq ki, Lavrovun mərhələli həlli özündə ehtiva edən, hətta daha çox Ermənistanın maraqlarına uyğun gələn sənədlərlə bağlı söylədiklərindən dolayı Mnatskanyan bildirib ki, Qarabağ məsələsində Azərbaycana ərazi güzəşti edilməyəcək.

    Lavrovun açıqlamasından sitat: “Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”.

    What You Need to Know About Russia's Sergei Lavrov
    Sergey Lavrov

    Bu sitat isə Mnatsakanyanın cavab reaksiyasındandır: “Lavrovun açıqlamasında göstərilən ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan - Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, Qubadlı və Laçından gedir – red.) hər şeydən əlavə təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Heç kim bunun yenidən nəzərdən keçirilə biləcəyini və Qarabağ xalqının təhlükəsizliyinin şübhə altına alınacağını güman edə bilməz, kimsə kiməsə güzəştə gedib təhlükəsizliyi təhlükə altına ala biləcəyini güman edə bilməz. Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur.

    Ermənistan tərəfindən heç vaxt birtərəfli güzəştlər olmayacaq. Qarabağ xalqı olmadan heç bir qərar qəbul edilə bilməz”.

    ***

    Yəni yenə köhnə bayatılar, mövcud olmayan “Qarabağ xalqı” haqda sərsəmləmələr. Əslində təəccüblü deyil. Təəccüblüsü Azərbaycan XİN-in Z. Mnatsakanyanın fitnəkar mövqeyinə qeyri-adekvat cavabıdır. Diqqət edin, erməni baş diplomatı bu bəyanatla Azərbaycanla danışıqların üstündən, faktiki, xətt çəkir və Bakıya müharibə çağırışı edir. Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin cavab reaksiyası bu çağırışa qətiyyən adekvat sayıla bilməz. Əsas da o səbəbə ki, işğala məruz qalan tərəf bizik. Təəssüf ki, cavabda daha çox şablon, ənənəvi ifadələr və leksikon əksini tapıb.

    Leyla Abdullayeva: “Azerbaijan sent protest note to Australian ...
    Leyla Abdullayeva - XİN-in mətbuat xidmətinin rəhbəri

    XİN-in erməni baş diplomatına cavabında deyilir: “Müasir dünya düzəni II Dünya Müharibəsindən sonra formalaşıb və onun əsasları 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərində öz əksini tapıb. Bütün bu fundamental sənədlərdə beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də xalqların öz müqəddəratı prinsiplərinə aydınlıq gətirilir. Azərbaycan kimi, Ermənistan da bu sənədlərin tamhüquqlu iştirakçısıdır və onlara birmənalı şəkildə riayət edilmək öhdəliyini öz üzərinə götürüb. Bir daha xatırladırıq ki, iştirakçı ölkələr digər ölkələrin ərazilərinin toxunulmazlığına və ya siyasi müstəqilliyinə qarşı güc istifadə etməkdən çəkinməlidirlər.

    Həmçinin növbəti dəfə vurğulayırıq ki, yuxarıda qeyd etdiyimiz Helsinki Yekun Aktında qeyd olduğu, daha sonradan isə Paris Xartiyasında bir daha təsdiq olunduğu kimi, öz müqəddəratını müəyyən etmə prinsipinə gəldikdə, iştirakçı ölkələr BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hərəkət etməlidirlər.

    Ermənistanla Azərbaycan arasındakı münaqişə halında, məhz Ermənistan Respublikası yuxarıda qeyd etdiyimiz öhdəliklərini pozaraq, qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri utanmadan təhlükəsizlik problemlərindən, müqəddəratı azad şəkildə ifadə etməkdən danışır. Hərbi işğal şəraitində hansı təhlükəsizlikdən danışmaq olar? Bir ölkə tərəfindən digər ölkənin ərazilərinin işğalı faktının özü elə davamlı təhlükə mənbəyidir. Qarabağın əhalisinin üçdə birinin öz daimi yaşayış yerlərindən didərgin salındığı və 30 ilə yaxındır ki, evlərinə qayıtmaq imkanından və öz bölgələrinin gələcəyinə dair azad iradə nümayiş etdirilməsindən məhrum olunduqları bir vaxtda, nə Qarabağ əhalisinin təhlükəsizliyi, nə də azad iradənin nümayiş etdirilməsindən danışmaq olmaz... Yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Nə qədər tez Ermənistan bunu dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti yanıltmaq səylərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar”.

    ***

    Bu bəyanatdan görünən odur ki, Azərbaycan XİN-i prezident İlham Əliyevin xarici siyasət, özəlliklə də Dağlıq Qarabağla bağlı yürütdüyü hücum diplomatiyasına lazımi dəstək vermək və bundan irəli gələn vəzifələri icra eləmək iqtidarında deyil. Ola bilsin heç marağında da deyil. Hər halda, Azərbaycan prezidentinin milli maraqlarımızdan irəli gələn ən çətin vəzifələrlə bağlı beynəlxalq platformalarda uğurlu çıxışları fonunda XİN-in fəaliyyəti, reaksiya və bəyanatları çox sönük görünür.

    İlham Əliyev: "Qarabağ Azərbaycandır və nida işarəsi"

    Məsələn, hamının yadındadır ki, “Valday” diskussiya klubunun keçirdiyi son debatlar zamanı İlham Əliyev etdiyi qətiyyətli çıxışı ilə, “Qarabağ Azərbaycanındır və nida işarəsi!” bildirməklə Ermənistan rəhbəri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” tezisini darmadağın edib. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Paşinyanla açıq debatda, ümumiyyətlə, Ermənistan rəhbəri gülməli duruma düşüb, işğalçı ölkənin Qarabağla bağlı destruktiv mövqeyi alt-üst və faş olub.



    Tarixə uğurlu ekskurs edən Azərbaycan prezidentinin “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi var”, habelə “Ermənilər ikinci dəfə öz müqəddəratını təyin eləmək istəyirsə, başqa yer axtarsınlar” sözləri də işğalçı ölkənin avantürist Qarabağ siyasətinə vurulan mühüm zərbələr idi.

    Bu reallıqlar fonunda Azərbaycan XİN-i ölkə rəhbərinin qətiyyətli mövqeyinə əsla ekvivalent olmayan mövqe sərgiləyir, təkrarçılığa yuvarlanır, şablon ifadələrdən qaça bilmir. Prezident kimi ölkəmizin mövqeyini birmənalı və qəti şəkildə ifadə etməkdən elə bil, çəkinir və qorxur. İşğalçı ölkə Qarabağla bağlı daha sərt, daha həyasız tələb və şərtlərdən çıxış edirkən, bizim XİN ürkək mövqe tutur, rəsmi İrəvanın davakar mövqeyinə qarşı lüzumsuz “konstruktivlik” göstərir, sanki özünü sığortalamağa çalışır.

    Zohrab Mnatsakanyan son bəyanatı ilə sülh prosesini darmadağın etdiyi, faktiki, bizə müharibədən başqa yol saxlamadığı halda, Azərbaycan XİN-i təmas xəttində atəşkəsin gücləndirilməsi, koronovirusla mübarizənin gücləndirilməsi və münaqişənin sülh yolu həllindən danışır. Ardınca Azərbaycan xarici işlər naziri Ermənistan XİN başçısı və həmsədrlərlə “2+3” formatında birgə bəyanata imza atır.

    Dağlıq Qarabağda keçirilən “seçki”lər beynəlxalq təşkilatların və ...

    Yaxud belə bir fakt: az öncə işğal altındakı Dağlıq Qarabağda növbəti seçki tamaşası keçirildi. Lakin Azərbaycan XİN-i bu hadisəyə də növbətçi bir yanaşma sərgilədi, nə nazir nə də onun müavinləri ortaya çıxıb qətiyyətli mövqe göstərmədilər. Yenə də Azərbaycan prezidenti ölkəmizin prinsipial mövqeyini ifadə elədi. Həmçinin saxta “seçkilərlə” bağlı MQ həmsədrlərinin heç də ürəkaçan olmayan bəyanatını bizim baş diplomatiya idarəmiz cavabsız qoydu.

    Bundan əlavə, insan hüquqlarını əlində bayraq edərək Azərbaycana xaricdən tənqid edən dairələrə XİN tərəfindən cavablar görmürük. Onların cavablarını da dövlət başçısı vermək məcburiyyətindədir...

    ***

    Bu xüsusda Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan xarici işlər nazirinin məlum fitnəkar açıqlamasına cavabı ilə bağlı şərhi yayılıb. O, Z. Mnatsakaynanın məlum bəyanatının Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkdiyini deyib.

    H.Hacıyev bildirib ki, Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur: “Bu, eyni zamanda, həmsədrlərə hörmətsizlikdir. Ermənistan-Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunub. Həmçinin həmsədrlərin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunub".

    PA rəsmisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. “Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar. Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə təşkil edilmiş açıq debatda bir daha qəti şəkildə ifadə olunub Münaqişə Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, - deyə Azərbaycan prezidentinin köməkçisi əlavə edib.

    ***

    Qayıdaq Azərbaycan XİN-in Qarabağla bağlı apardığı dişsiz siyasətə.

    Bizə çatan məlumatlara görə, nazirliyin siyasi idarələrinin rəisləri, ümumiyyətlə, diplomatiyaya yararsız şəxslərdir və iş-gücləri yalnız gün keçirməkdən ibarətdir. Səfirlərin əksəriyyəti mətbuatda özlərini reklam eləməklə məşğuldur. XİN-in Konsulluq İdarəsi isə gələn xəbərlərə görə, vətəndaşları incitmək və rüşvətxorluq prinsipləri əsasında fəaliyyət göstərir. Nazirliyə işə götürülmə qaydaları qeyri-şəffafdır. Bütün bunlar ilk növbədə XİN-də aparılan yarıtmaz kadr siyasətinin və orada hökm sürən ətalətin təzahürləridir. Nəticədə peşəkar kadrlar diplomatiyanı tərk edir, onların yerini diletantlar tutur.

    Cümhuriyyətin ərazisi 114 min kvadrat kilometr olub"

    Faktların sayını artırmaq da olar.

    Beləcə, hər şeyə səthi, qeyri-peşəkar yanaşılması, hər şeyi lağlağıya çevirmək nəticə etibarilə Xarici İşlər Nazirliyi kimi ciddi və strateji bir təşkilatın mövcud olmaması təəssüratını yaradıb. Belə bir vəziyyəti kardinal şəkildə dəyişmək zamanı artıq çatıb. Bunu ilk növbədə həlli uzanan Qarabağ məsələsi, bitməyən müharibə, eləcə də dünyanın dəyişən şərtləri diktə edir.../musavat.com


    Oxunub: 839
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.