Son sutkada 1 nəfər yoluxdu -
Ölən yoxdur
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globall.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.
İndiyədək ümumilikdə 792 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 786 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 84 nəfərdir.
Ölkədə son sutka ərzində 1663, hazırkı dövrədək isə 6 819 005 test aparılıb.
Oxunub: 218
Xəbəri paylaş
Paylaş: