Ömürlük həbs edilmiş iş adamı
22 il sonra azadlıqda (YENİLƏNDİ)
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Qobustan həbsxanasında əfv sərəncamının icrası həyata keçirilib.
Globall.az xəbər verir ki, sərəncam bu həbsxanada saxlanılan məhkumlardan 2 nəfərə şamil olunub.
Onlardan biri 23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadədir.
Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. O, müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub.
xxx
Ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra azadlığa buraxılıb.
Globall.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamında onun da adı var.
Qeyd edək ki, Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.