Müdafiə Nazirliyi Qarabağda F-16 qırıcısının vurulmasını təkzib etdi -
"Olmayanı vurmaq mümkün deyil"
Bu gün erməni tərəfi Qarabağda gedən döyüşlər zamanı guya F-16 qırıcısının vurulduğunu iddia edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib ki, düşmənin bu məlumatı yalandır. Çünki Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında F-16 qırıcıları mövcud deyil. “Olmayanı isə vurmaq mümkün deyil”,-Dərgahlı belə deyib.
Oxunub: 322
Xəbəri paylaş
Paylaş: