Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
DƏBDƏBƏLİ VİLLA, 6 metrlik hasar, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
"GÖZÜ ÇIXAN QARDAŞ"dan dərs almayıb HƏBSƏ GİRƏN İCRA BAŞÇILARI - Sıraları 1 nəfər də artdı - SİYAHI
“MEHDİYEV RƏSUL QULİYEVİ HAKİMİYYƏTƏ GƏTİRMƏK İSTƏYİRDİ...”-  “Heydər Əliyev dedi ki, o məni iki dəfə satıb...”
Press-fakt.az
    
  • 310 əcnəbi jurnalist bir arada -
    310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza BAXACAQLAR
  • 
  • ali təhsilli müəllim-MƏMUR KİMDİR?
    30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
  • 
  • Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
    Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
  • 
  • Nevada səhrasında 315 nəfərin külü TAPILDI
    Nevada səhrasında 315 nəfərin külü TAPILDI
  • 
  • 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
    2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
  • 
  • "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
    "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
  • 
  • Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
    Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
  • 
  • Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
    Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
  • 
  • Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
    Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
  • 
  • Prokurorluq Qaradağ RİH-ə girdi,
    Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
  • 
  • İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
    İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
  • 
  • Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib -
    Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
  • 
  • Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
    Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
  • 
  • Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?-
    Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
  • 
  • Ruslar üçün Türkiyədə yeni problem -
    Ruslar üçün Türkiyədə yeni problem - Rusiyalıların çox istifadə etdiyi ödəniş sistemi bağlandı
  • 
  • Karib dənizində gərginlik artır - 
    Karib dənizində gərginlik artır -  ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
  • 
  • Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
    Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
  • 
  • “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”-
    “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro
  • 
  • Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
    Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
  • 
  • Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı -
    Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı - Rektor əmr imzalayıb
  • 
  • Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
    BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • İtaliya mafiyası epidemiyadan necə faydalanır? - "KOZA-NOSTRA" SİCİLİYADA YOXSULLARA ƏRZAQ PAYLAYIR
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • «Arsaq» adının işlədilməsi ermənilərin tarixi aspektdə bizə qarşı informasiya hücumudur
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • BEYNƏLXALQ ERMƏNİ MAFİYASI HAQQINDA YENİ MƏLUMATLAR... - "Erməni mafiyasının arxasında Ermənistan dövləti dayanıb"

    • Tarix: 28-06-2020, 14:34


    Beynəlxalq erməni mafiyası haqqında materialları araşdırdım. Çox maraqlı faktlar var. Məsələn, Qərb mütəxəssisləri yazırlar ki, erməni mafiyasının müttəfiqi rus mafiyasıdır, rəqibi isə Azərbaycan və Türkiyə mafiyalarıdır...

    Hətta cinayətkar aləmdə də biz ermənilərlə kəllə-kəlləyə gedirik. Azərbaycan mafiya söhbətində də Türkiyə ilə bir yerdədir.

    Almaniyanın “mdr.de” saytında erməni mafiyası ilə bağlı geniş bir yazı oxudum. Düzü, xeyli təəccüb etdim. Özünüz düşünün, az qala 5 milyon türkün yaşadığı Almaniyada erməni mafiyası fəaliyyət göstərir. Özü də müxtəlif erməni mafiyaları öz aralarında problemləri çözmək üçün şəhərin ortasında bir-biri ilə atışırlar. Bu yazı məni erməni mafiyası mövzusunu araşdırmağa təhrik etdi. Müqayisə üçün ötəri də olsa, Azərbaycan mafiyasına da nəzər saldıq.

    Oradan başlayaq ki, erməni mafiyası erməni əsilli cinayətkarların birləşdiyi kriminal qruplardır. Belə qruplara ermənilər “akperutyunus” (qardaşlıq) deyirlər.

    Almaniya

    Gəlin, elə Almaniyadan başlayaq. Rəsmi məlumatlara əsasən, 2009-2011-ci illərdə Almaniya Kriminal Polis Bürosu erməni mafiyasına qarşı istintaqa başladı. O vaxt ermənilərin narkotik qaçaqmalçılığı ilə məşğul olması məsələsi ortaya çıxdı. Məlum oldu ki, Erfurt şəhərində ən azı iki erməni klanı var və onlar bir-biri ilə müharibə vəziyyətindədir.



    2014-cü ilin 13 iyulunda Erfurt şəhərində baş vermiş atışma zamanı iki nəfər ağır yaralandı. (Yazının sonunda təqdim etdiyimiz video-materialda həmin atışma öz əksini tapıb. Çəkiliş təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. E.H) Bir neçə aylıq istintaqdan sonra polis 31 yaşlı maşın alverçisi Artur Z. Və 26 yaşlı Karo S. narkotik alverində şübhəli bilərək, həbs etdi. Polis reydləri zamanı 35 kq. marixuana müsadirə edildi.
    Bu olaydan sonra əvvəllər gizli fəaliyyətdə olan erməni mafiyası ictimaiyyətin diqqətini çəkdi. Yerli polis “qanuni oğrulara qarşı mübarizəyə qalxdı”. Bu mübarizə 3 il davam etdi. Bəlli oldu ki, Almaniyada həqiqətən də erməni mafiyası mövcuddur. Onlar keçmiş SSRİ-dən olan cinayətkar qruplarla əlbir şəkildə işləyirlər və Almaniya qanunlarının təsir dairəsinə əngəl olurlar.

    2018-ci ilin 7 noyabrında Almaniyanın “MDR TV” 30 dəqiqəlik sənədli film təqdim edəcəkdi. Filmin adı belə idi: 
    “Xaç Atası Almaniyada: ”Erməni mafiyası və qanuni oğrular”. Filmdə erməni mafiyası ilə Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın əlaqələri əks olunmuşdu. Ancaq Aşot Smbatyan məhkəməyə müraciət etdi və noyabrın 6-da filmin nümayişinə qadağa qoyan məhkəmə hökmü əldə etməyə nail oldu.



    30 dəqiqəlik sənədli filmin yerinə televiziyalar 7 dəqiqəlik video yayımlandı. “Youtube”a yüklənmiş həmin videonu da aşağıda təqdim edirik. Almaniyanın ən nüfuzlu nəşrlərindən olan “Die Spiegel” də bu məsələyə xüsusi diqqət ayırdı. Bir daha bəlli oldu ki, Almaniya polisi erməni mafiyasının dəqiq gücünü və imkanlarını öyrənmək üçün illərlə istintaq aparıb.

    2018-ci ilin martında isə səfir Aşot Smbatyan Almaniya rəsmilərinə müraciət etdi, bildirdi ki, erməni mafiyasına qarşı polisin apardığı mübarizəyə töhfə vermək üçün hər cür köməyə hazırdır. Video-materialda (5.15-5.30 dəqiqələri arasında) belə bir məqam var. İki jurnalistin iki cümləlik dialoquna biz də diqqət edək:

    - Erməni mafiyasının arxasında kim dayanıb?

    - Erməni mafiyasının arxasında Ermənistan dövləti dayanıb.

    Düşünün ki, bu söhbət Almaniya TV-si ilə verilir. Obyektivliyi ilə seçilən alman jurnalistləri ciddi sübutlar olmadan belə bir iddia ortaya qoymazdı. Özü də Almaniyadakı Ermənistan səfiri erməni mafiyası ilə bağlı sənədli filmin nümayişinə məhkəmə qərarı ilə qadağa qoyulmasına nail olduqdan sonra bu, məhkəmə perspektivi ehtimalı güclənmişdi. Ancaq Ermənistan rəsmiləri bu ittihamın üstündən sükutla keçdi.

    Elə dövlətlə kriminal dünyanın iç-içə olması səbəbindən Almaniya polisi erməni səfirin yardım təklifini rədd etdi. O vaxt Almaniya Kriminal Polis Bürosunun hesabatında deyilirdi ki, Ermənistan rəsmiləri ilə erməni mafiyasına görə dərin əməkdaşlıqdan çəkinmək lazımdır, çünki Ermənistanın dövlət strukturları ilə qanuni oğruların sıx əlaqəsi var. Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (Bundesnachrichtendienst, BND) 2008-ci ilə aid gizli hesabatında səfir Aşot Smbatyanın özü qanuni oğru kimi təqdim olunmuşdu.

    Bir daha “erməni mafiyasının arxasında Ermənistan dövləti dayanıb”,- fikrinə qayıtmaq istərdim. Bu çox önəmli məqamdır. Qərb mediası yazır ki, Türkiyə mafiyasına bəzi üzvləri Türkiyənin dərin dövləti ilə əlaqələrə malikdir. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Millî İstihbarat Teşkilâtı) və Boz Qurdlar da dərin dövlətə bağlıdırlar. Bu bağ və əlaqələr Susurluq skandalı (1996) zamanı aydın şəkildə ortaya çıxdı. “Dövlət, siyasət, mafiya” üçbucağı barədə Türkiyə mətbuatında dəfələrlə iri araşdırmalar çap olunub.

    Erməni mafiyası ilə Ermənistanın dərin dövləti arasında hər hansı bir əlaqə varmı? Bu suala birmənalı cavab vermək çətindir. Fakt odur ki, əlaqə var. Ancaq bu əlaqə dövlət maraqlarına, yoxsa şəxsi maraqlara söykənir? Bəlli deyil. Ümumiyyətlə, Ermənistanda dərin dövlət anlayışı nə dərəcədə realdır? Bu sualın cavabı da havadan asılı qalır.

    ABŞ

    Amerikada erməni mafiyası xeyli güclüdür. Burada erməni mafiyası əsasən 3 yerə bölünür. Ermənistan (Van), Suriya və İraq əsilli ermənilərin ayrı-ayrılıqda öz qrupları var. Gördüyünüz kimi, yerlipərəstlik hissi ermənilərdə də xeyli güclüdür. Ən güclü erməni mafiyası isə Los-Ancelsdə fəaliyyət göstərir. Bu qrup “Armenian Power” (erməni gücü) adlanır. Bu qrupun 200 nəfər üzvü var.

    Buradaca kiçik bir haşiyə çıxaraq qeyd edim ki, rəsmi məlumatlara görə, Rusiyada Azərbaycan mafiyası ciddi şəkildə güclüdür. Xüsusən bazarlara azərbaycanlılar nəzarət edirlər. Azərbaycanlılara bağlı 30 cinayətkar qrup var. Rusiya mətbuatı yazır ki, istisnasız olaraq bütün azərbaycanlı qruplar yerliçilik əsasında formalaşıb. Yəni gəncəlilərin, bakılıların, cənub bölgəsinin... hər birinin öz qrupu var. Bu baxımdan erməni mafiyasının strukturu ilə bizim kriminal qruplar arasında oxşarlıq diqqət çəkir. Deyim ki, bu xüsusiyyət, yəni yerliçilik amili nəyinki keçmiş SSRİ məkanında, eləcə də bir çox Qərb ölkəsində ciddi kök salıb. Təəssüf ki, kriminal müstəvidə də millət olaraq bütöv deyilik. Yeganə təsəllimiz isə o ola bilər ki, başqa xalqlarda da bu amil qabarıq nəzərə çarpır...

    Federal Təhqiqat Bürosunun 2011-ci ildəki hesabatında deyilir ki, erməni mafiyasının digər küçə bandalardan fərqi ondadır ki, onlar son dərəcə yüksək səviyyədə təşkilatlanıblar, beynəlxalq səviyyədə işləyirlər. Əsasən bank dələduzluğu, soyğunçuluq, girov götürmə, cinayətkar yolla əldə olunmuş şəxsi məlumatlardan istifadə edərək kimləri isə aldatmaq kimi əməllərlə məşğul olurlar.



    “Armenian Power” təşkilatının yaradıcısı “sakit” ləqəbli Armen Petrosyan 2000-ci ildə Meksika mafiyası tərəfindən öldürüldü. Ancaq bir neçə il sonra “Armenian Power” Meksika mafiyası ilə anlaşma əldə etdi. Hazırda “Armenian Power” Los-Ancelsdə ciddi işlər görür, ancaq Meksika mafiyasına “haqq” verir. Başqa cür mümkün deyil.

    Rusiya

    Moskvada erməni mafiyası 1980-ci illərdə yaranıb. Öncə erməni cinayətkarlar öz soydaşlarından nə isə qoparırdılar. Onlardan “haqq” alırdılar. Ancaq zaman keçdikcə onlar güclənməyə başladı. 
    Xüsusən 1992-94-cü illərdə Qarabağ münaqişəsi ermənilərin Rusiyaya köçünü sürətləndirdi. 1994-cü ildə Moskvada 150 min erməni qeyri-qanuni olaraq yaşayırdı.
    1995-ci ildə isə erməni cinayətkar qruplar arasında ciddi münaqişələr baş verdi. Bir çox qrupların nüfuzlu üzvləri öldürüldü.
    Erməni mafiyasında olanların bir çoxu Dağlıq Qarabağda vuruşmuşdu. Onlar üçün kimisə öldürmək elə bir problem deyildi.

    Rusiyadakı erməni mafiyası Amerikadakı erməni mafiyasından xeyli şey əxz etmişdi. Belə ki, Rusiyadakı erməni cinayətkar qruplar perspektivli gənc siyasətçilərə maliyyə dəstəyi verirdilər. Məqsəd həmin siyasətçilərin əli ilə sanballı iqtisadi imkanlar əldə etmək idi. Erməni mafiyası Rusiya hakimiyyətində olan öz adamları vasitəsi ilə ciddi üstünlüklər qazandılar. Erməni mafiyası Rusiyada təkcə siyasətçiləri satın almırdı, həm də yerli milis, prokuror və hakimlərə səxavətlə pul buraxırdı. Və onların üzərindən iri işlər görürdülər, indi də bu proses davam edir.

    Mövzudan kənara çıxmalı olacam. Moskvada Azərbaycan mafiyası erməni mafiyasından ciddi şəkildə üstündür. Ümumiyyətlə, kriminal müstəvidə Moskvada azərbaycanlılardan üstün olan etnik mafiya yoxdur.
    Rusiya mətbuatının yazdığına görə, paytaxtda 150-200 min azərbaycanlı məskunlaşıb. Azərbaycan səfirliyi isə iddia edir ki, Moskvada 1 milyon azərbaycanlı yaşayır. Moskva milisi isə hesab edir ki, Moskvada azərbaycanlıların sayı yarım milyondan çoxdur.



    Qeyd olunur ki, Moskvada azərbaycanlılar əsasən bazarlara nəzarət edirlər. Onlar hələ Brejnev (Leonid İliç. SSRİ rəhbəri olub) dönəmindən paytaxtda gül satıblar. Bu biznes onlara ağlasığmaz var-dövlət qazandırıb. 

    Azərbaycanlılar Rusiyanın neft-qaz sektorunda da güclüdürlər. Bir vaxtlar bazarlarda mer-meyvə satan azərbaycanlılar hazırda “Rosneft”, “Lyukoyl”, “Qazprom” kimi nəhəng şirkətlərin aksiyalarına sahibdirlər. Qeyri-rəsmi hesablamalara görə, azərbaycanlılar Rusiyada ildə 25 milyard dollar qazanırlar. Bu məbləğın ən azı yarısı Moskvanın payına düşür.

    Şimali Qafqazda erməni və yunan kriminalların savaşı

    1994-cü ildə erməni və yunan cinayətkar qruplar arasında müharibə başladı. Bu müharibə zamanı 30 nəfərdən artıq adam öldürüldü, bir o qədəri də yoxa çıxdı. Bu hadisə də erməni mafiyası tarixində xüsusi rol oynayıb.

    Ermənistanda qanuni-oğru yoxdur

    Rəsmi statistikaya görə 2014-cü ildə dünyanın müxtəlif ölkələrində 60 nəfər erməni əsilli qanuni oğru fəaliyyət göstərib. O da maraqlıdır ki, Ermənistanın özündə qanuni oğrular daimi yaşamırlar. Ekspert-Kriminoloq Sergey Qalayan belə deyir. Niyə Ermənistanda qanuni oğrular yaşamırlar? Çox güman ki, balaca Ermənistanın maliyyə imkanlarının xeyli məhdud olması, qanuni oğruları səadət axtarmaq üçün daha cəlbedici ölkələrə çəkib aparır./musavat.com

    https://www.mdr.de/thueringen/ost-thueringen/gera/armenische-mafia-gera-anklage-mutmassliche-drogendealer-100.html
    https://www.youtube.com/watch?v=rxGB95JKPFo
    https://public.wikireading.ru/14703

    Oxunub: 3 116
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      02-11-2025
      13:10 | 310 əcnəbi jurnalist bir arada - ZƏFƏR videomuza BAXACAQLAR
      13:00 | Rus dilində ən uzun sözdə 55 hərf var - "Ginnesin Kitabı"nda rekord dəyişib
      12:50 | DƏBDƏBƏLİ VİLLA, 6 metrlik hasar, HELİKOPTER MEYDANÇASI: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
      12:30 | 30 ildir icra başçısı olan ali təhsilli müəllim-MƏMUR KİMDİR?
      12:25 | Vinisius “Real”dan sonra gedəcəyi klubun formasında məşq edir
      12:20 | Nevada səhrasında 315 nəfərin külü TAPILDI
      12:00 | 2024-cü ilin dekabrından Türkiyəni 550 min suriyalı qaçqın TƏRK EDİB
      11:55 | Ermənistan AĞRI DAĞDAN RƏSMƏN İMTİNA ETDİ - 2025-ci il noyabrın 1-dən...
      11:50 | "ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək
      11:44 | Türkiyədə 62 milyon dollarlıq narkotik ələ keçirildi
      11:40 | Tramp Pentaqona Nigeriyaya daxil olmağa hazır olmağı tapşırdı
      11:35 | Ukrayna ordusu “Qara Şahin” əməliyyatına başlayıb - Pokrovsk ətrafında döyüşlər şiddətlənir
      11:30 | MƏNZİL BAZARINDA BAHALAŞMA DAVAM EDİR -  Səbəb nədir? /VİDEO
      11:25 | İsmayıllıda bir gündə ikinci zəlzələ
      11:22 | Dünyanın sonu yaxınlaşır? Nostradamusdan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ
      11:20 | Bakı-Xankəndi velosiped yarışının tarixi müəyyənləşdi
      11:15 | Region çalxalanır: İrana qurudan hücum ola bilər - Bu istiqamətdə
      01-11-2025
      22:30 | Prokurorluq Qaradağ RİH-ə girdi, MÜAVİN HƏBS EDİLDİ
      19:40 | MİLYARDLARIN BATDIĞI RAYONLAR - Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməsə...
      19:30 | İran raket proqramı və uranın zənginləşdirilməsindən İMTİNA ETMƏYƏCƏK
      19:20 | Ukrayna Pokrovska xüsusi təyinatlıları göndərib - Əməliyyata Kirill Budanov rəhbərlik edir
      15:05 | Putin Azərbaycan əsilli jurnalistə SƏFİR RÜTBƏSİ VERDİ
      15:00 | Vahid Ələkbərovun SƏRVƏTİ NƏ QƏDƏRDİR?- Son MƏLUMAT
      14:30 | Ruslar üçün Türkiyədə yeni problem - Rusiyalıların çox istifadə etdiyi ödəniş sistemi bağlandı
      14:20 | Karib dənizində gərginlik artır -  ABŞ donanması Venesuela sahillərinə yaxınlaşıb
      14:15 | Rusiya azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
      12:25 | “ABŞ bizi təbii sərvətlərimizə görə hədəfə alır”- Maduro
      12:15 | “RUSİYA İLƏ MÜHARİBƏ QAÇILMAZDIR”- “Biz artıq “sıfır fazası”ndayıq”
      12:00 | Ötən ay 8,2 milyon manata yaxın qaçaqmal aşkarlanıb
      11:55 | Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı - Rektor əmr imzalayıb
      11:50 | "Allah kəssin belə yaşayışı, dünən də bu gün yatdım”- Fədayə Laçından etiraf
      11:44 | BMT: Qəzza jurnalistlər üçün ən ölümcül yerdir
      11:31 | Növbəti Günəş fırtınası BÜTÜN PEYKLƏRİ MƏHV EDƏ BİLƏR - ESA-dan XƏBƏRDARLIQ
      11:15 | Tramp-Putin görüşü bu hadisədən sonra təxirə salınıb - Moskva rəsmi sənəd göndərib ki...
      11:11 | Məşhur tarixçi Eydelman haqda həbs qərarı çıxarıldı - Rusiyada “xarici agent” elan edilib
      11:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:01 | Trampın oğlu Ermənistana səfər edəcək
      10:15 | PALÇIQ, SU və AĞAC: VENESİYA1600 İLDƏN ÇOXDUR NİYƏ BATMIR? ONU SAXLAYAN SİSTEM NƏDİR?
      10:01 | “Dərman idxalının həcmi kəskin azalır, qiymətlər isə artır”- “Səbəbləri araşdırılmalıdır”
      09:40 | 10 milyon dollarlıq qızıl unitaz satışa çıxarılır - “Sərvətin simvolu” kimi deyil...
      09:35 | Yaşı 100-ü ötənlərin ortaq sirri: Hamısı bu qidanı yeyir
      09:30 | Güc balansı dəyişir: Türkiyə “Tayfun”ları buna görə aldı
      09:00 | VENESUELAYA HÜCUM HƏR AN BAŞLAYA BİLƏR - ABŞ ordusu əsas hədəfləri müəyyənləşdirib
      08:55 | Pentaqon “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü təsdiqləyib - Tramp qərar verəcək...
      08:45 | Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Estoniyanın səmasını qoruyacaq
      01:00 | ABŞ və Çin "Ay yarışı"na başladı - ABŞ erkən başlayıb, amma çox gecikib...
      00:55 | "12 manata monqol əti" Azərbaycan bazarını bürüyüb
      00:50 | İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olundu
      00:45 | Paşinyan Azərbaycanla bağlı KOMİSSİYANIN yeni TƏRKİBİNİ TƏSDİQLƏDİ -  ADLAR
      00:40 | ABŞ hərbi zərbələr endirəcək -  Hədəflər açıqlandı
      00:35 | Paşinyan Mirzoyanın xanımına Azərbaycanla bağlı vəzifə verdi
      00:30 | Azərbaycanda xəstəyə ölən şəxsin ürəyi köçürüldü - Qafqazda İLK
      00:25 | Moskvada “İstanbul mafiyası”nın lideri saxlanıldı -  Azərbaycanlı imiş
      00:20 | “AQRAR SEKTORDA 100 MİNLƏRLƏ QEYRİ-FORMAL İŞÇİ VAR...”- “Asan və çevik mobil tətbiq yaradılmalıdır”
      00:15 | Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama:  “...2 ilə mümkündür”
      00:10 | Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur - Nazir müavini
      00:05 | Qarabağ separatçılarının məhkəmə istintaqı başa çatıb
      00:00 | SAXLANILAN BAŞÇI İLƏ BAĞLI QƏRAR VERİLDİ -  Nədə ittiham olunur?
      31-10-2025
      20:41 | "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
      15:30 | Deputat narazılıq etdi: "AZƏRBAYCANDA 600 MƏKTƏBİN DİREKTORU YOXDUR" -  "Hər dəfə yeni metodologiya kəşf olunur..."
      15:25 | Britaniya şahzadəsi tituldan məhrum edildi - Kral sarayından da uzaqlaşdırıldı
      15:20 | "Zəngəzur dəhlizi TRASEKA-nın çox vacib marşrutudur"- Baş katib
      15:15 | "Bu qədər tez yoldan çıxdınız?" -  Lüks avtomobilləri görən prezident qəzəbləndi
      14:15 | Tramp ABŞ-yə gələn qaçqın sayına limit qoydu - İldə cəmi 7500 nəfər...
      14:00 | “PUTİN VARSA, RUSİYA VAR”MI?- yaxud, Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?
      13:45 | Tutulan İH başçısının köməkçisi "YAZILANLAR YALANDIR" dedi: Müavin, köməkçilər və baş memar saxlanmayıb...
      13:15 | İran-Azərbaycan quru sərhədi açıla bilər?- Araqçı danışdı
      13:00 | "Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb"- Ekspert
      12:45 | 2025-ci ildə Azərbaycanın qızıl ixracı 2 dəfə artıb
      12:30 | “Bir gün Azərbaycan liderinin nitqini İRƏVANDA EŞİTSƏNİZ, BİLİN Kİ...”- “İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb”
      12:15 | "Qarabağ"-"Çelsi" matçını bu hakim idarə edəcək -  5 ay Rusiya əsirliyində olub
      12:10 | SEPAH komandirləri Xameneini qərar vermək səlahiyyətindən kənarlaşdırıblar - MOSSAD
      12:00 | “Barsa” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi
      11:55 | Taksi sürücüləri üçün imtahan keçiriləcək - DİM
      11:45 | Ceyhun Bayramov Səmərqənddə gürcüstanlı həmkarı ilə görüşdü
      11:40 | Ermənistan Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayırmadı
      11:35 | Rusiyanın bir neçə regionu dron hücumuna məruz qalıb -  Bu ərazilərdə partlayışlar olub
      11:30 | Bakıda tanınmış müğənni yol qəzasında həyatını itirdi - VİDEO/FOTO
      11:22 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:15 | HƏBS OLUNAN sabiq İH başçısının VƏKİLİ DANIŞDI: “Bir onu deyə bilərəm ki…”
      11:10 | Azərbaycanda suya da limit tətbiq ediləcək
      11:05 | Elm və Təhsil Nazirliyində yoxlamalara başlanıldı
      11:00 | Ramiz Mehdiyevin gəlini işindən uzaqlaşdırılıb - Əhliman Əmiraslanov təyin etmişdi...
      00:40 | Tacikistan spikeri:  Azərbaycan beynəlxalq platformaların mərkəzidir!
      00:35 | "Qırmızı Komando" təşkilatına QARŞI ƏMƏLİYYAT -  ən azı 132 NƏFƏR ÖLDÜ
      00:30 | Dağıstanlı deputat Ukraynaya qarşı döyüşməyə getdi
      00:28 | Erməni müdafiə naziri Azərbaycanla sərhədə gəldi
      00:25 | Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”
      00:20 | Həbs edilən icra başçısı bu məmurun DAYISI İMİŞ
      00:15 | “ŞƏXSİ AMBİSİYALARININ TƏSİRİ İLƏ YOLUNU AZIR...”- Eldar Əzizov da Ramiz Mehdiyevi “vurdu”
      00:10 | Bill Qeyts bəşəriyyəti məhv edəcək SƏBƏBİ AÇIQLADI: İqlim dəyişikliyi deyil...
      00:05 | Ukraynaya müharibəni davam etdirmək üçün 389 milyard dollar lazımdır
      00:03 | "Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün dialoq aparır" -  Zaxarova
      00:00 | Həyat yoldaşının başını qırxan Tamerlan Məmmədov həbs olunub
      30-10-2025
      19:00 | TRAMP VƏ Sİ NƏDƏ RAZILAŞDILAR? - “Bu, möhtəşəm görüş idi”
      18:00 | “Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...”- Keçmiş deputatdan nazirliyə ağır ittiham
      17:55 | "LUKOİL" BİTDİ? -  Vahid Ələkbərovun neft imperiyasına SARSIDICI ZƏRBƏ
      17:40 | Sərdar Cəlaloğlu bacısı oğlunun həbsindən danışdı: Həm Prezident Administrasiyası, həm də DTX...
      17:00 | “KÖHNƏ” İCRA BAŞÇILARINDAN KİMLƏR QALDI?- 30 ildir başçı postunu tutan şəxslər var - ADLAR
      16:50 | İcra başçısı ilə yanaşı onun 3 müavini və baş memar da HƏBS EDİLDİ
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.