Koronavirusdan ölənlər –
Çoxunda ürək ZƏDƏLƏNİR
İ.Tahiroğlu deyib ki, infeksiya tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən COVID-19-la bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir:
“Bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir”.
Həkim qeyd edib ki, COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur:
“Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır.
COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olur. Bu, virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir.