"Azərbaycanda ölümlərin yarısından çoxu ürək-damar xəstəliklərindən baş verir"-
SN-in mütəxəssisi
“Azərbaycanda da digər ölkələrdəki kimi ürək-damar xəstəlikləri ölüm səbəblərinin əsasını təşkil edir”.
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, aritmoloq, invaziv kardioloq Fərid Əliyev "Ümumdünya Ürək Günü " mövzusunda çıxışında deyib.
O bildirib ki, ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir: “2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin ilk yerdə duracağı proqnozlaşdırılır. Daha sonra onkoloji xəstəliklərin önə keçəcəyi planlaşdırılır”.
Oxunub: 374
Xəbəri paylaş
Paylaş: