ÜST "omikron"un digər ştamlardan daha sürətlə yayıldığını təsdiqlədi
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "omikron" ştamının digər variantlardan daha sürətlə yayıldığını təsdiq edir”.
Bunu təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən bugünki brifinqdə deyib.
"Artıq "omikron"un "delta"dan daha sürətli yayıldığına dair güclü sübutlar var və peyvənd edilmiş və ya xəstələnmiş insanların yenidən yoluxma ehtimalı daha yüksəkdir”, - deyə ÜST rəhbəri bildirib.
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: