ÜST "Delta"nın təxminən 100 ölkəyə yayıldığını bildirdi
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun "Delta" variantının artıq 98 ölkəyə yayıldığını bildirib.
Xarici KİV xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tedros Adanom Qebreyesus məlumat verib. Açıqlamada deyilir ki, koronavirisun bu variantı daha sürətlə yayılır. Həmçinin ÜST rəhbəri “Delta”nın təhlükəli, inkişaf meyilli olduğunu, eləcə də tez-tez mutasiyaya uğradığını qeyd edib.
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: