AXCP üzvünə hökm oxundu – Məhkəmə
Salyan rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə Ə.Salayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Ə.Salayev qonşusu Coşqun Nuriyevə xəsarət yetirməkdə ittiham edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham verilib.
Həmçinin Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov Salyan rayon Məhkəməsində barəsində video yaydığı üçün Ə.Salayevin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə barəsində xüsusi ittiham qaydasında cəzalanmasını tələb edib./report
Oxunub: 329
Xəbəri paylaş
Paylaş: