Nikita Xruşovun oğlu vəfat edib
Sovet İttfaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov. İKP MK) birinci katibi Nikita Xruşovun oğlu Sergey Xruşov 85 yaşında Amerika Birləşmiş Ştatlarında (ABŞ) vəfat edib." AzPolitika.info"-nun məlumatına görə, Bu barədə «112» teleqram-kanal xəbər verib.
«REN TV» xəbər verir ki, informasiyanı ailənin dostu, keçmiş diplomat Mark Harrison təsdiqləyib.
«O, ölüb. Bağışlayın, indi sizə bundan artığını deyə bilmərəm - bu, faciəvi vəziyyətdir» - deyə, Mark Harrison Sergey Xruşovun telefonuna cavab verərkən deyib.
Onun həlak olmasının təfərrüatları araşdırılır. Ancaq «REN TV»-nin məlumatına görə, bu ölüm hadisəsi faciəvi xarakter daşıyır.
Sergey Xruşovun nəvəsi Nina xəbər verib ki, keçmiş sovet liderinin oğlu Krenstonda keçinib.
Sergey Xruşov - texnika elmləri doktoru, professor, Sosialist Əməyi Qəhrəmanı idi. 1991-ci ildə onu “soyuq müharibə” mövzusunda mühazirə oxumaq üçün Braun Univerisetinə (ABŞ) dəvət ediblər. Elə həmin vaxtdan o, ABŞ-da daimi yaşamaq üçün qalıb.