Rus sualtı gəmisi neytral sularda –
ABŞ DONANMASI ONU ALYASKADA AŞKAR ETDİ
Bu barədə ABŞ-ın Şimal Komandanlığı məlumat yayıb. Məlumatda qeyd edilib ki, Şimali Amerika Aerokosmik Komandanlığı və ABŞ-ın Şimal Komandanlığı bu gün Alyaska yaxınlığında üzən Rusiya sualtı gəmisini yaxından izləyib.
Sualtı gəminin ABŞ-ın ərazi sularından xeyli məsafədə - beynəlxalq sularda olduğu bildirilib. Həmçinin Amerika tərəfi lazım gələrsə rus hərbçilərinə kömək göstərməyə hazır olduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi vəziyyətlə bağlı hələ açıqlama verməyib.
Oxunub: 514
Xəbəri paylaş
Paylaş: