İranda koronavirusa 4251 yeni yoluxma və 337 ölüm faktı…-
24 saatda
İranda son sutka ərzində 4251 nəfər koronavirusa yoluxub, 337 nəfər isə vəfat edib.
Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari məlumat verib.
Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 534 min 631-ə, ölənlərin sayı isə 30 min 712-yə çatıb. Müalicəsi davam edən 4771 xəstənin vəziyyəti ağır olaraq qalır.
Bununla yanaşı indiyədək 431 min 360 nəfər sağalaraq evə buraxılıb.
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: