Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • KORONAVİRUSLA BAĞLI HƏR ŞEY: Bioloji silah, yoxsa təbii mutasiya? - ARAŞDIRMA
  • Ərəstun Oruclu: "Azərbaycanlıların uğur qazana bilmədiyi yeganə ölkə Azərbaycandır"
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Çinin gizlətdiyi sirr - Taclı virusun maraqlı xronologiyası

    • Tarix: 30-03-2020, 13:54


    "Çin koronavirus təhlükəsinin öhdəsindən gəldi", "Çin bunu bacardı", "Çin effektiv menecmentini bir daha təsdiqlədi". Və sair və ilaxır.
    COVİD-19 pandemiyası ilə Çində çox effektiv mübarizə aparılması, hətta fenomenal nəticələrin əldə olunması barədə yüzlərlə, minlərlə, on minlərlə məqalə, yazı, reportaj və s. var. Ola bilər.
    Amma Çinin çox gizli saxladığı, üstünün açılmasını əsla istəmədiyi bir sirr var.
    O, "Səmaaltı imperiya"da koronavirus təhlükəsinin hər vəchlə gizlədilməsi olub.
    Bundan bəhs etmək istəyirəm.
    ... COVİD-19 koronavirus pandemiyasının tarixi hələ yazılır, əfsuslar. Lakin elə indi, faktiki ilkin mərhələdə görmək olur ki, bəlanın yaranma dönəmində qəbul edilən qərarlar dürüst olsaydı, dünya belə dəhşətli təhlükə ilə üzləşməzdi.
    Gerçəklər acıdır. Çox acı.
    Məsələn, Çində rəsmi qurumlar koronavirusun yayılmağa başladığı dönəmlərdə "bu virus insandan insana keçmir" deyirdilər.
    Və ya Ümumdünya Səhiyyə Təşkilatı da Çinin hakimiyyət dairələri ilə razılaşıb buyurmuşdu ki, bəli, belədir.
    İtaliya, ABŞ, Fransa, İspaniya, Britaniya - koronavirusla bağlı situasiya çox ağırdır.
    Bəs Çindən dəqiq, konkret, ən əsası isə dürüst məlumatlar gəlsəydi, dünya ölkələri yoluxmaya hazır ola bilərdilərmi?
    Yəqin ki...
    Çində koronavirusla bağlı durumun xronoligiyasına baxaq. Emosiyasız, şərhsiz, sadəcə faktlarla.

    ❗️ 2019-cu il, 1 dekabr. Çinin Uhan şəhərindəki bazarlardan birində yarasadan insana COVİD-19 koronavirusu keçir.

    ❗️ 6 dekabr. The Lancet jurnalının dərc etdiyi tədqiqatın nəticələrində də dekabrın 1-də Çində bir nəfərdə koronavirus aşkarlandığı təsdiqlənir. Onun arvadı bazara yollanmasa da, dekabrın 6-da pnevmoniya simptomları ilə xəsitəxanaya yerləşdirilir. Başqa sözlə, 2019-cu ilin dekabr ayının ikinci həftəsində Uhanda yaşananlar göstərirdi və ən başlıcası, sübut edirdi ki, koronavirus insandan insana keçir.

    ❗️ 21 dekabr. Uhanda həkimlər "naməlum səbəbli pnemvoniya halları klasteri"ni qeydə alırlar.

    ❗️ 25 dekabr. Çinin Uhan şəhərindəki iki hospitalın personalı pnemvoniyaya yoluxmaqda şübhəli bilinir və karantinə salınır. Virusun insandan insana keçdiyi bir daha sübut olunur.

    ❗️ 28 dekabr. Uhandakı xəstəxanalarda naməlum xəstəliyə yoluxma halları həndəsi silsilə ilə artır. Həmin adamların heç biri Uhandakı dəniz məhsulları bazarında alış-veriş etməmişdilər.

    ❗️ 30 dekabr. Uhanlı həkim Li Venlan WeChat (WhatsApp-ın Çindəki analoqu) messencerindəki qrupa mesaj yazaraq şəhərdə ağır və təhlükəli naməlum xəstəliyin yayıldığını yazır. Onun fikrincə, xəstəlik SARS (Severe acute respiratory syndrome-related coronavirus, SARS-CoV) koronavirusunu xatırladır. Li Venlan virusa qarşı təcili tədbirlər görülməsinin labüdlüyünü vurğulayır.

    ❗️ 31 dekabr. Uhanın bələdiyyə səhiyyə komissiyası bəyanat yayır: "Bu günədək aparılan tədqiqatlar və araşdırmalar infeksiyanın adamdan adama keçməsi, habelə tibbi personalın bu infeksiyaya yoluxma hallarını aşkarlamayıb".
    Halbuki həmin anda Uhanda artıq iki həkim virusa yoluxmuşdu. Yalnız üç həftə sonra rəsmi Pekin Ümumdünya Səhiyyə Təşkilatına məlumat verir. Üç həftə "sükut"...
    Şanxaydakı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin sabiq əməkdaşı Tao Lin deyir: "Narahatlığa heç bir əsas yoxdur. Yoluxmaların qarşısını ilkin mərhələdə ala bilərik. Xəstəliklərə nəzarət sistemimizi, fövqəladə hallara hazırlıq səviyyəmizi və səhiyyə sistemimizini nəzərə alsaq, problemin öhdəsindəən gələcəyik".

    ❗️ 2020-ci il, 1 yanvar. Uhanın İctimai Təhlükəsizlik İdarəsi "qalmaqallı" həkim Li Venlanı evdən aparır, ifadəsini alır və onu "şayiələrlə əsassız məlumatlar, uydurmalar yaymaq"da suçlayır.
    Yanvarın 3-də şəhər polis idarəsində Li Venlan "könüllü" açıqlama yazır: "Yanlış davrandığımı anladım. Bundan sonra qanunsuz əməllər etməyəcəyimə söz verirəm".
    Virusa yoluxma faktlarını ilkin qeydə almış həkimlərdən 7 nəfər də evlərindən aparılır, həbs olunur. Onların taleləri hələ də naməlumdur.
    Bir gün sonra Hubey vilayətinin Səhiyyə İdarəsinin əməkdaşlarından biri genetik mühəndislik sektorunda çalışan şirkətin əməkdaşına zəng vurub Uhanda yayılmağa başlamış yeni virusun nümunələrinin testlərinin dayandırılmasını, bütün nümunələrin məhv olunmasını tapşırır.
    Həmin vaxt artıq 175 min insan Uhanı tərk etmişdi. 21 ölkənin aviaşirkətlərinin təyyarələri Uhandakı hava limanına enir və qalxırdıılar. Sadəcə, bir fakt: 2019-cu ilin ilk rübündə Uhandan ABŞ-a 13267, İtaliyaya 8234 sərnişin yollanmışdı.

    ❗️ 2 yanvar. Uhandakı xəstəxanalarda aparılan testlər və tədqiqatlar yalnız 41 pasiyentdən 27-nin dəniz məhsulları bazarı ilə bağlı olduğunu ortaya çıxarır. Bu isə virusun insandan insana keçdiyini bir daha təsdiqləyir.
    Bəyanatda deyilir: "Hazırda əldə olunan sübutlar göstərir ki, 2019-nCoV insandan insana keçir. Bu virusun insandan insana yoluxma ilə bağlı daha effektiv imkanlar əldə etməsi bizi narahat edir".
    Elə həmin gün Uhan Virusologiya İnstitutu yeni virusun genom xəritəsini hazırlayıb başa çatdırır. Amma... Rəsmi Pekin bu barədə hələ bir həftə susacaqdı.

    ❗️ 3 yanvar. Çinin hakimiyyət dairələri yeni virus barədə istənilən məlumat və informasiyanın yayılmasının qarşısını almağa çalışır. Ölkə səhiyyəsində ali struktur olan Milli Səhiyyə Komissiyası bütün qurumlara yeni virusla bağlı istənilən məlumatı açıqlamağı qəti qadağan edir.
    Eyni zamanda, həmin qurumlara tapşırılır ki, onlarda olan yeni virus nümunələri ya siyahısı təsdiqlənmiş sınaq laboratoriyalarına təhvil verilsin, ya da məhv edilsin.
    ABŞ kəşfiyyatı bundan xəbər tutur. ABŞ-ın səhiyyə nazirliyinin katibi Aleks Azar etiraf edir ki, bu barədə nazirə operativ məlumatlar verilib: "O, həmin məlumatları Milli Təhlükəsizlik Şurasına çatdırmalı idi". Çatdırdımı?!

    ❗️ Yanvarın 3-də Uhanın Bələdiyyə Səhiyyə Komissiyası bəyanat yayırr: "Aparılmış ilkin tədqiqatların nəticələrinə əsaslanaraq bəyan edirik ki, virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur və tibbi personaldan da kimsə virusa yoluxmayıb".

    ❗️ 4 yanvar. Honkonq Universitetinin Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Ho Pak Lyun deyir: "Çindən aldığımız qeyri-rəsmi məlumatlara əsaslanaraq bildirirəm ki, Honkonq yeni virus pnevmoniyasının monitorinqi ilə bağlı mümkün olan ən sərt sistemi tətbiq etməlidir. Çində onlarla insan bu virusa yoluxub və fikrimcə, virus insandan insana keçir".

    ❗️ 5 yanvar. Uhanın Bələdiyyə Səhiyyə Komissiyası daha bir bəyanat yayır: "Bəli, yoluxanlar var. Lakin virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur və tibbi personaldan da kimsə virusa yoluxmayıb. Bunlara dəlalət edəcək heç bir sübut yoxdur".

    ❗️ 6 yanvar. Uhanda pnevmoniyaya bənzəyən virusa 59 nəfər yoluxub. ABŞ-ın Federal Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi (Centers for Disease Control and Prevention, CDC) Çində virusun yayılmağa başladığını təsdiqləyir. Xəbərdarlıq bəyanatında deyilir: "Uhanda sakinlərlə təmaslardan çəkinin". CDC rəsmi Pekinə müraciət edərək virusun araşdırılmasına yardım məqsədilə Çinə mütəxəssislər qrupu yollamağı təklif edir. Çin imtina edir.

    ❗️ 8 yanvar. Çinin hakimiyyət dairələri iddia edirlər ki, yeni virusu identifikasiya ediblər. Yəni müəyyənləşdiriblər. Qərb, xüsusilə də ABŞ mediası təkrarlayır: "Virusun insandan insana keçməsi və bununla da onun çox ciddi təhlükə kəsb edəcəyinə dəlalət edən bir bir sübut yoxdur. Virusun hansısa formada ölümə səbəb olmasına da heç nə dəlalət etmir".
    Ümumdünya Səhiyyə Təşkilatı isə bəyanat yaydı: "Yeni virusun bu qədər qısa müddətdə ilkin identifikasiyası böyük uğurdur və Çinin virusun yeni yayılmalarının öhdəsindən gəlməklə bağlı arrtan imkanlarını nümayiş etdirir...
    ÜST səyahətə çıxanlara hansısa konkret tədbirlər görməyi məsləhət bilmir. Malik olduğumuz məlumatlar əsasında Çindən səfərlərin məhdudlaşdırılması və ya Çinlə ticari münasibətlərin azaldılması istiqamətində hər hansı addımlara zərurət duymuruq".

    ❗️ 10 yanvar. Uhanda virusa yoluxmuş pasiyentin müalicəsindən sonra Li Venlanın bədən hərarəti artır, o öskürməyə başlayır. Yanvarın 12-də Venlan xəstəxanaya yerləşdirilir. Sonrakı günlərdə doktor Linin durumu daha da pisləşir. İntensiv terapiya bölməsinə yerləşdirilən Venlan süni ağciyər ventilyasiyası aparatına qoşulur.
    Uhanın Bələdiyyə Səhiyyə Komissiyası yeni bəyanat yayır: "Yeni virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur". Çində isə həkimlər virusun ailədə bir adamdan başqasına keçməsini qeydə alırlar.

    ❗️ 11 yanvar. Uhanın Bələdiyyə Səhiyyə Komissiyasının yeni bəyanatı: "Yeni virusa yoluxmuş adamlarla təmasda olmuş 739 nəfər, o cümlədən 419 tibb işçisi tibbi müayinədən keçirilib.
    Onlarda yoluxma faktları aşkarlanmayıb. Yanvarın 3-dən bəri yeni yoluxma faktları qeydə alınmayıb. Hazırda tibbi personalın virusa yoluxması ilə bağlı heç bir fakt yoxdur. Virusun insandan insana keçməsinə dəlalət edəcək heç bir sübut yoxdur. Uhanda pnevmoniyaya yoluxma ilə bağlı müəmmalı halların əksəriyyəti dəniz məhsulları bazarı ilə aşkar əlaqədədir".
    Elə həmin gün Hubey vileyətinin rəhbərliyi regional görüşə başlayır. 4 gün davam edən görüşdə koronavirusla bağlı bir kəlmə deyilmir. Halbuki virus Uhanda artıq tüğyan edirdi...

    ❗️ 13 yanvar. Taylandda 61 yaşlı çinli qadında koronavirus aşkarlanır. O, Taybeyə Uhandan gəlmişdi. Tayvanın Səhiyyə Nazirliyi bəyan edir: "Bu qadın Uhandakı dəniz məhsulları bazarında olmayıb və yanvarın 5-də onda yüksək hərarət başlayıb. Lakin bununla belə, qadın Uhandakı başqa bazarlarda olub. Həmin bazarda isə diri və ölü heyvanlar, quşlar, sürünənlər və həşəratlar satılır".

    ❗️ 14 yanvar. Uhanın Bələdiyyə Səhiyyə Komissiyası bəyanat yayır: "Yoluxanlarla yaxın təmasda olanlar arasında yoluxma faktları aşkarlanmayıb". Uhanlı həkimlər isə bilirdilər ki, bu bəyanat yalandır: hələ ötən ilin dekabr ayının əvvəllərində ilk koronaviruslu pasiyent bazara getməmiş arvadını yoluxdurmuşdu.
    Ümumdünya Səhiyyə Təşkilatı isə rəsmi Pekini təkrarlayır: "Çinin hakimiyyət dairələrinin apardıqları ilkin araşdırma Uhanda aşkarlanmış yeni koronavirusun insandan insana keçməsinə dəlalət edə biləcək heç bir sübut aşkarlamayıb".
    ÜST-ün bəyanatı Uhanda bir adamın başqasını koronavirusa yoluxdurmasından 6 həftə sonra səslənir.

    ❗️ 15 yanvar. Yaponiyada ilk koronavirusa yoluxma aşkarlanır. Yaponiyanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir: "Yoluxmuş pasiyent Çində hər hansı dəniz məhsulları bazarında olmayıb".
    Uhanın Bələdiyyə Səhiyyə Komissiyası ritorikanı dəyişməyə başlayır.
    Yeni bəyanatda deyilir: "Əlimizdə olan sübutlar virusun insandan insana keçməsi faktına dəlalət etməsə də, belə yoluxmanın məhdud hallarını istisna etmək olmaz. Amma istənilən halda, sözügedən yoluxma riski olduqca aşağıdır".
    Daha bir bəyanat: "Yoluxanlarla yaxın təmaslarda olanlar arasında bir yoluxma faktı da yoxdur".

    ❗️ 17 yanvar. CDC və ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti Uhandan gələn bütün sərnişinlərin üç aeroportda koronavirus simptomlarına yoxlanacaqlarını bəyan edirlər. Həmin aeroportlar San-Fransisko, Nyu-York və Los-Ancelesdədir.
    Fəqət, ABŞ-ın dövlət qurumları koronavirus təhlükəsi ilə bağlı heç bir rəsmi bəyanat vermir, heç nə olmamış kimi davranırlar və vətəndaşları xəbərdar etmirlər.
    Uhanın Bələdiyyə Səhiyyə Komissiyasının yeni bəyanatı: "Virusa yoluxanlarla yaxın təmaslarla bağlı 763 hal müşahidə olunub. 665 halda müşahidə ləğv olunub. 98 nəfər tibbi müayinədədir. Yaxın təmasda olanlar arasında yoluxma faktı yoxdur".

    ❗️ 18 yanvar. Ağ Evdə, prezident Donald Trampın başçılıq etdiyi qapalı toplantıda koronavirus müzakirə olunur. Trampa bununla bağlı müraciət məsləhət bilinir. Tramp isə "Bu veypinq məsələsi nə oldu?! Veypinq məhsulları nə zaman bazara qaytarılacaq?!" deyir. Koronavirusla bağlı amerikalılara heç bir rəsmi məlumat verilmir.
    Uhanda isə 40 min ailənin Yeni İl bayramlaşması keçirilir.

    ❗️ 19 yanvar. Çinin Milli Səhiyyə Komissiyası bəyan edir: "Yeni virusun qarşısını almaq, ona nəzarət etmək olar". Ümumdünya Səhiyyə Təşkilatı yenə "heç nə yoxdur" tipli bəyanat yayır, "mənşəyi naməlum virusun klinik xüsusiyyətləri, yayılma dərəcəsi və mənbəyi barədə yetərincə məlumat yoxdur" deyir.

    ❗️ 20 yanvar. Uhanın Bələdiyyə Səhiyyə Komissiyasının bəyanatı: "Yeni virusa yoluxanlarla yaxın təmasda olanlar arasında yoluxma faktları aşkarlanmayıb". Bəyanat yayılan gün Uhanda 3 minə yaxın insan koronavirusa yoluxmuşdu.
    Çinin Milli Səhiyyə Komissiyası isə ritorikanı dəyişir. Bəyan olunur ki, Quandun vilayətində insandan insana koronavirusun keçməsiilə bağlı 2 hal qeydə alınıb: "Tibbi personalda da yoluxanlar var".
    Wuhan Evening News qəzeti ilk dəfə olaraq virus barədə böyük məqalə dərc edir.

    ❗️ 21 yanvar. CDC ABŞ-ın Vaşinqton ştatındakı Snohomiş bölgəsində koronavirusa yoluxma faktının qeydə alındığını bəyan edir. Yoluxan adam 6 gün əvvəl Çindən qayıdıbmış.
    Uhanı isə milyonlarla insan tərk etmişdi. Onlar virusu Çinə və bütün dünyaya yaymağa başlamışdılar.

    ❗️ 22 yanvar. Ümumdünya Səhiyyə Təşkilatının baş direktour Tedros Gebreysus hələ də Çini tərifləyir: "Çin nümayəndə heyətinin təqdim etdiyi prezentasiyanın dərinliyi və detalları məni valeh etdi. Çinin Səhiyyə Nazirliyinin fəaliyyətini də yüksək dəyərləndirirəm.
    Yeni virusun qarşısının alınması istiqamətində Çin rəhbərliyinin fəaliyyəti təqdirəlayiqdir".

    ❗️ ÜST ilk dəfə olaraq etiraf edir ki, Uhana yolladığı nümayəndə heyəti koronavirusun insandan insana keçdiyini müşahidə edib.
    Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi toplantı keçirir və belə qərara gəlir ki, COVİD-19 koronavirusunun yayılması, yəni ÜST-ün fövqəladə vəziyyət barədə qərarı (Public Health Emergency of International Concern, PHEİC) üçün yetərli deyil.
    Yəni ÜST koronavirusu dünya miqyasında təhlükəli virus hesab etmir.
    ABŞ prezidenti Donald Tramp isə Davos İqtisadi Forumunda CNBC-yə müsahibəsində deyir: "Hər şey nəzarət altındadır. Sadəcə, Çindən gəlmiş bir adam yoluxub. Hər şey nəzarətdədir. Hər şey yaxşı olacaq".

    ❗️ 23 yanvar. Uhanda karantin rejimi elan olunur. Uhana isə o vaxtadək milyonlarla adam gəlib, milyonlarla adam şəhəri tərk edib. Milyonlarla çinli dünya ölkələrini dolaşırlar.

    ❗️ 24 yanvar. Dünya ölkələrində COVİD-19 koronavirusu yayılır...

    ❗️ 1 fevral. Doktor Li Venlanda koronavirus testi müsbəti nəticə göstərir. Fevralın 7-də o, vəfat edir.

    ❗️ 4 fevral. İtaliyanın Florensiya şəhərinin meri Dario Nardella ölkə vətəndaşlarına müraciət edərək koronavirusla mübarizə aparan Pekini dəstəkləmək üçün çinliləri qucaqlamağa çağırır.
    İtaliyadakı çinlilərin diaspor təşkilatlarından olan "Associazione Unione Giovani Italo Cinesi" isə kütləvi mitində koronavirusa yoluxan insanları dəstəkləməyə çağırır.
    Milan şəhərində "Mən virus deyiləm. Mən insanam. Ayrı-seçkiliyə son" şüarı ilə çinlilər fləşmob keçirir, meydanlarda insanları qucaqlayır, fotolar çəkdirirlər.
    İki həftə sonra Milanın olduğu Lombardiya vilayətində koronavirus fəlakəti başlanır...


    Oxunub: 843
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.