Terrorçulardan ağılagəlməz hiylə -
Alüminium folqa geyinsələr də yaxalandılar
Türk ordusuna hücum etmək üçün Suriyadan Türkiyəyə keçmək istəyən 2 terrorçu həbs edilib.
Türkiyə mediası xəbər verir ki, terrorçular Suriyanın Rasulyan məntəqəsindən Türkiyənin Ceylanpinar sərhəd qəsəbəsinə keçməyə çalışıblar.
PKK/YPG terrorçuları havanın qaralmasını gözləyib Türkiyə ərazisinə keçməyə cəhd ediblər. Türk əsgərləri onları saxlayıb. Məlum olub ki, terrorçular kameralara düşməmək üçün alüminium folqa geyiniblər.
Saxlanılan PKK üzvləri türk əsgərlərinə hücum etməyi planladıqlarını etiraf ediblər.
Oxunub: 385
Xəbəri paylaş
Paylaş: