Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Rus qoşunları çəkilsə, Türkiyə əsgərləri 2 saata İrəvandadır" - bir "plan"ın izi ilə - DETALLAR
  • АРМЯНСКИЙ ТЕРРОР В ГАЗЕТНЫХ АРХИВАХ США - 1
  • TRAMPA QAPI BAĞLAMAQ CƏHDİ: O, Ağ Evdən qovulmaq təhlükəsi ilə üzləşmiş ilk prezident deyil
  • Rusiya və Türkiyə Liviyada müharibə vəziyyətindədirmi?– Suriyada tərəfdaş olan iki dövlət üçün tam mümkün ssenari
  • aрмения и Азербайджан на древних, средневековых и поздних картах
  • İMPİÇMENT GƏRGİNLİYİNİN TÜRKİYƏ-AMERİKA ƏLAQƏLƏRİNƏ TƏSİRİ: 2020-ci il də Ankara üçün başağrılı keçəcək

    • Tarix: 23-12-2019, 19:15

    Semih İdiz
    “Əl-Monitor”, 20.12.2019
     
    Türkiyədə gözlər prezident Donald Trampın impiçmenti prosesinə yönəlib və impiçmentin gərginləşən ABŞ-Türkiyə əlaqələrinə necə təsir edəcəyi ilə bağlı suallar ortaya çıxır.
    Narahatlıq impiçment prosesi nəticəsində Trampın Türkiyəni Konqresin getdikcə artan düşmən mövqeyindən qoruya bilməməsindən irəli gəlir. Çoxları bunun Türkiyənin iqtisadi və təhlükəsizlik maraqlarına mənfi təsir edəcəyini düşünür.
    Son aylarda bununla əlaqədar əsas məsələlər, məsələn, Ankaranın Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemini alması və s. də daxil olmaqla, həll edilməz qalır.
    ABŞ-ın dəstəklədiyi, oktyabr ayında Suriyanın şimal-şərqində Türkiyənin “Kürd Xalq Müdafiə Birliyi”nə (YPG) qarşı başladığı hücum da pozulan əlaqələrdə daha bir problemdir.
    Ankara bildirir ki, ABŞ-ın modern hava hücumundan müdafiə sistemlərinin satmaqdan imtina etməsi Rusiyaya müraciətə vadar edib. O, YPG-yə terror təşkilatı kimi baxır və müttəfiqinin Türkiyəni təhdid edən bu kürd qrupunu niyə dəstəklədiyini başa düşə bilmir.
    Vaşinqton, öz növbəsində, “S-400”-ün alınmasını Ankaranın müttəfiq kimi götürdüyü öhdəliklərə qeyri-uyğun olduğunu söyləyir, çünki bu sistemlər ABŞ və NATO-nun hərbi aktivlərinə, xüsusən də “Lockheed Martin”-in “F-35” qırıcı təyyarələrinə təhlükə yaradır.
    Vaşinqton Suriyadakı YPG-ni İŞİD-ə qarşı əsas müttəfiq olaraq dəstəkləməyə davam edir və dəstəkdən imtina edəcəyini bildirməyib.
    Əksinə, Trampın oktyabr ayında prezident Rəcəb Tayyib Ərdoğana yaşıl işıq yandırması, Türkiyənin Suriyanın şimal-şərqinə təcavüzü Konqresin YPG-yə dəstəyini artırıb.
    Bu arada, Ankara bu proqramda tərəfdaş olsa da, “S-400” aldığı üçün Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməməsini təsdiqləyib.
    Senat hərbi büdcə ilə bağlı qanunvericilik aktını təsdiq etdikdən sonra Tramp qərarı imzalayıb.
    Bu akt təkcə “F-35”-lərin Türkiyəyə verilməsini qadağan etmir, eyni zamanda, Rusiyanın “S-400” sistemini satın almasına görə administrasiyanı “Sanksiyalarla Mübarizə Qanunu” əsasında Ankaraya sanksiya tətbiq etməyə çağırır.
    Tramp indiyə qədər bu çağırışlara müqavimət göstərib. O hətta Ankaranın “S-400”-lə bağlı mövqeyinə rəğbətini ifadə edərək, Obama administrasiyasını Türkiyəyə “Patriot” raketlərini satmaqdan imtina etməkdə günahlandırıb.
    Milli Müdafiə Səlahiyyət Qanunu yunan Kiprinə silah embarqosunun şərti olaraq qaldırılmasını nəzərdə tutur. Bununla yanaşı, Rusiyadan Türkiyəyə keçən “TurkStream” təbii qaz boru kəmərinə qarşı tədbir görülməsini tələb edir.
    Müdafiə ilə bağlı qanun layihəsinin qəbulundan sonra verdiyi ilk açıqlamada Türkiyə XİN Konqresin Türkiyəyə qarşı düşmənçiliyini vurğulayıb. “Bu qanun layihəsi Konqresin Türkiyənin suveren qərarlarına hörmətsizliyini göstərir. Bir daha xatırladırıq ki, təhdid və sanksiyalar dili heç vaxt Türkiyəni öz milli təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlardan çəkindirə bilməz. Türkiyəni hədəf alan bu təşəbbüslərə qarşı lazımi tədbirlərin görüləcəyinə heç kim şübhə etməməlidir”.
    Konqresdə Türkiyəyə qarşı çirkin əhval-ruhiyyəsi son vaxtlar Nümayəndələr Palatasının və Senatın “erməni soyqırımı” ilə bağlı qətnamələri qəbul etməsi ilə də sərgilənib. Hər iki qətnamədə deyilir ki, Osmanlı türkləri Birinci Dünya müharibəsi zamanı ermənilərə qarşı soyqırımı törədiblər.
    Türkiyə bu ittihamı rədd edir.
    Türk analitikləri Senatda respublikaçı əksəriyyətlə Trampın vəzifəsindən uzaqlaşdırılmayacağına işarə edərək, bunun həm də Türkiyənin xeyrinə işləməyəcəyini bildiriblər.
    İstanbulda yerləşən müstəqil İqtisadiyyat və Xarici Siyasət Tədqiqatları Mərkəzinin (EDAM) sədri və Brüsseldəki “Carnegie Europe”-da dəvətli alimi Sinan Ülgen inanır ki, impiçment Trampı Senatdakı respublikaçılar üçün daha mühüm fiqura çevirəcək.
    “Cümhuriyet”-ə açıqlamasında Ülgen deyib: “Trampın Türkiyəyə qarşı sanksiya tələblərini qulaqardına vurması daha çətin olacaq”.
    Ankaradakı hökumət tərəfindən maliyyələşdirilən SETA düşüncə mərkəzinə rəhbərlik edən Burhanettin Duran Türkiyə-ABŞ əlaqələrinə dair bədbin proqnozlar verib. Duran rəsmi Anadolu Agentliyinə bildirib: “Vaşinqtonun Türkiyə siyasəti Senatın Trampın xarici siyasətinə müdaxiləsi ilə daha çox müəyyən edilir. Əvvəllər bəzi Türkiyə tərəfdarı olan konqresmen qrupları digər tərəfə keçdiyinə görə həm respublikaçılar, həm də demokratlar arasında ikitərəfli antitürk atmosferi inkişaf edib”.
    O əlavə edib: “Əyləcləri işləməyən və yoxuşdan aşağı enən avtomobil kimi, ikitərəfli əlaqələrə zərər verəcək qəzaya doğru gedirik”.
    ABŞ üçün strateji əhəmiyyətindən istifadə edərək Türkiyə Ağ Ev, Pentaqon, Dövlət Departamenti və dost respublikaçı Konqres üzvlərinin dəstəyi ilə on illər boyu “erməni soyqırımı” qətnamələrini və digər antitürk hərəkətlərini qarşısını ala bilib.
    Artıq belə deyil.
    Ankara bu cür qətnamələrin ləğvi üçün “Bnai Brith” kimi ABŞ-dakı nüfuzlu yəhudi qruplarına arxalanıb. Ərdoğanın İsrailə qarşı şifahi hücumları və HƏMAS-a davamlı dəstəyi ilə Türkiyə özünə dəstəyi itirib.
    Bu gün yalnız Ərdoğanın Trampla qurduğu xüsusi münasibətlər Ağ Evdən dəstəyə ümid verə bilər. Mövcud inkişaflar həmin dəstəyin də getdikcə azalmağa başladığını göstərir.
    Birgə qələmə alınmış məqalədə istefada olan Türkiyə səfirləri Əli Tuygan və Yusuf Buluc yalnız Trampın dəstəyinə arxalanmanın riskli olduğunu vurğulayıblar. “ABŞ-Türkiyə münasibətlərini yalnız cənab Trampın əlində saxlama, digər güc mərkəzlərinə etinasızlıq etmə, Türkiyə Xarici İşlər Nazirliyini siyasət və qərar qəbul etmə prosesindən kənarlaşdırma və onun peşəkar / institusional məsləhətlərinə məhəl qoymama bizi bu vəziyyətə gətirdi – indi özümüzü tapacağımız yerin sonuna”.
    Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Ankara iki ölkə arasında gərginliyə səbəb olan məsələlərdə güzəştə getməkdən imtina edir və əvəzində qisas alacağı ilə hədələyir.
    Dekabrın 15-də televiziya müsahibəsində Ərdoğan Türkiyənin ABŞ-ın on illərdir istifadə etdiyi və taktiki nüvə silahları saxladığı strateji İncirlik hava bazasını bağlaya biləcəyi xəbərdarlığı edib.
    Ərdoğan, eyni zamanda, rəsmi olaraq NATO-nun aktivi olan Türkiyənin şərqindəki Kürecikdə inkişaf etmiş radar bazasını bağlamaqla hədələyib.
    ABŞ-ın müdafiə naziri Mark Esper türkiyəli vəzifədaşı Hülusi Akardan Ərdoğanın söylədikləri ilə bağlı izahat istəyəcəyini söyləyib.
    Politoloq Murat Yetkin Vaşinqtonun 2018-ci ildə Türkiyənin iqtisadiyyatına zərər verə biləcək gücünü necə nümayiş etdirdiyini xatırladıb: Tramp terror fəaliyyətində ittiham olunan amerikalı pastor Endrü Bransonu sərbəst buraxmaqdan imtina etdiyinə görə Ankaraya qarşı sanksiya elan edib.
    2019-cu ilin yanvar ayında Suriyadakı kürdlərə hücum edəcəyi təqdirdə, Tramp “Twitter” vasitəsilə “Türkiyənin iqtisadiyyatını viran edəcəyi” ilə hədələyib.
    Hər iki inkişaf türk lirəsini dollara qarşı zəiflədib.
    Çoxları bu təhdidə əsasən, Ankaranın Vaşinqtonla münasibətlərində yalnız Trampa güvənmənin nə qədər riskli olduğuna işarə edir.
    Murat Yetkin öz bloqunda yazıb: “2018-ci ildə Trampın Türkiyə iqtisadiyyatına vurduğu ziyan hələ də yaddaşlarda təzədir. Türkiyənin maliyyə sisteminə qarşı sanksiyalar düşüncəsi ölkənin iqtisadi mərkəzi olan İstanbulda və Ankarada yuxusuz gecələrə səbəb olur”.
    Ərdoğanın ABŞ-ı İncirlik və Kurecik bazalarından qovma təhdidi nisbi sabitlik dövründən sonra dərhal türk lirəsini dollara qarşı daha da zəiflədib.
    Adının açıqlanmaması şərti ilə “əl-Monitor”-a danışan bir Qərb diplomatının sözlərinə görə, Vaşinqton Türkiyədəki hərbi mövcudluğunu qorumaq üçün sona qədər səy göstərəcək.
    “Bununla birlikdə Amerika siyasətçiləri sadəlövh deyil və fövqəladə planlar hazırlamaq məcburiyyətindədirlər”.
    O, Vaşinqtonun Qətərdəki hərbi obyektlərini genişləndirdiyini, Rumıniya, Bolqarıstan və Yunanıstan kimi regional ölkələrdə varlığını artırmağa çalışdığına işarə edib.
    Diplomat deyib: “Kürecik bazasının bağlanması Türkiyənin NATO-ya qarşı zərbəsi olacaq, çünki bu, NATO bazasıdır. Ankaranın bu problemi çözəcəyi şübhə doğurur”.
    Türkiyə-Amerika əlaqələri, Trampın yenidən seçkiyə qoşulacağı və Türkiyəyə daha az vaxt ayıracağı 2020-ci ildə daha gərgin qalacaq.

    Oxunub: 611
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.