Hər bir Azərbaycan vətəndaşının 1 314 manat xarici borcu var -
RƏSMİ
Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 16,6% təşkil edib.
Adambaşına düşən xarici dövlət borcumuz 773 dollara (1 314 manat) çatıb.
10 il əvvəl ilə - 2011-ci illə müqayisədə isə xarici dövlət borcumuz təxminən 2 dəfəyə yaxın artıb.
Qeyd edək ki, son 11 ildə xarici dövlət borcumuz aşağıdakı kimi olub:
2012-ci il Yanvar – 4 816,7 milyon dollar
2013-cü il Yanvar – 5 708,4 milyon dollar
2014-cü il Yanvar – 4 753,2 milyon dollar
2015-ci il Yanvar – 6 478,2 milyon dollar
2016-cı ıl Yanvar – 6 894,3 milyon dollar
2017-ci il Yanvar – 6 913,2 milyon dollar
2018-ci il Yanvar – 9 398,3 milyon dollar
2019-cu il Yanvar – 8 927,1 milyon dollar
2020-ci il Yanvar – 8 320 milyon dollar
2021-ci il Yanvar – 8 100,4 milyon dollar
2021-ci il İyul – 7 839 milyon dollar