Dövlətin gəlirləri artıb, xərcləri isə azalıb - FOTO

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə büdcə gəlirlərinin həcmi 26,1 faiz artıb, büdcə xərclərinin həcmi isə 12,2 faiz azalıb.
Belə ki, yanvar ayında büdcəyə hüquqi şəxslərin gəlir vergisi üzrə 476,9 milyon manat, əlavə dəyər vergisi üzrə 458,6 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 81,8 milyon manat, aksizlər üzrə 81,5 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə 81,2 milyon manat vəsait daxil olub.
Həmçinin, büdcə daxilolmalarının 37,4 milyon manatı sadələşdirilmiş vergilər hesabına, təxminən 27,8 milyon manatı vergilərin digər növləri üzrə vəsaitlər və 1 milyard 75,7 milyon manatı vergi olmayan gəlirlər hesabına formalaşıb.

Eləcə də, təxminən 125,8 milyon manat təhsil və səhiyyəyə, 115,4 milyon manat məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrindəki fəaliyyətə, 110,5 milyon manat ümumi dövlət xidmətlərinə və ümumilikdə təqribən 64 milyon manata yaxın vəsait digər sahələrə sərf olunub.

Büdcənin icrasında 559,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,7 faizi qədər profisit yaranıb.
Oxunub: 1 334
Xəbəri paylaş
Paylaş: