İranın müdafiə naziri ABŞ-ı təhdid etdi:
"Heç bir müdaxiləyə şans tanımayacağıq..."
İran ABŞ-a ultimatum verib.
Ölkənin Müdafiə Nazirliyi Venesuelaya yanacaq daşıyan tankerlərə müdaxilə etməməsi üçün ABŞ-a xəbərdarlıq göndərib.İranın Müdafiə naziri Əmir Hatəmi dövlət televiziyasına açıqlamasında bildirib ki, tankerlərə müdaxilə ediləcəyi təqdirdə, rəsmi Tehranın Vaşinqtona cavabı qətiyyətli və dəqiq olacaq: “Yanacaq tankerlərinə beynəlxalq sularda müdaxilə edilməsi beynəlxalq hüququn və qlobal təhlükəsizliyin pozuntusu olacaq. Bu məsələdəki siyasətimiz ortadadır. Heç bir müdaxiləyə şans tanımayacağıq. Amerikalıların və digərlərinin də bildiyi kimi, hər hansı müdaxiləyə cavab verməkdə əsla tərəddüd etmirik”.
Oxunub: 389
Xəbəri paylaş
Paylaş: