Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • Anar: “Güneydəki qardaşlarımız Yerevanı ərzaqla təmin edir…”
  • Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı – 13 rəqəminin sirri
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Saz bizdən daha çox İranda sevilir... çünki orda aşıq musiqisindən başqa musiqi yoxdur

    • Tarix: 13-05-2020, 07:55

    Aşıq sənətinin içində poeziya var, ədəbiyyat, ürfanlıq var, dərvişlik, könüllər fəth etmək var...

    Aşıq sənəti türkdilli xalqların mədəni həyatının bir hissəsidir desək, yəqin ki, yanılmarıq. Bu musiqi sanki bu xalqlarla birgə doğulub, tarixin yaranışına birgə şahidlik edib. Ulu ozanların qopuzu tarixin bağrından qoparaq tarix yaza-yaza, tariximizə, yaşamımıza-həyatımıza tərcümanlıq edərək bu günümüzə qədər uzun bir yol gəlib və Saz kimi hələ də öz müqəddəs yerində-ozanların, aşıqların köksündədir. 

    Zaman təbii olaraq hər şeyi dəyişir. Bəs bu sənət necə, dəyişibmi? Xalqın iliyinə işləməklə öz əzəli əzəmətini qoruya, dastanları ilə xalqın deyən dili -tərcümanı missiyasını daşıya bilirmi? Globall.az olaraq bu və digər suallarla günümüzün ünlü ozanına - aşıq İlham Aslanbəyliyə üz tutduq. Söz məcrası ilə necə davam etdi, onu oxucularımıza təqdim edirik.

    Saz bir orkestrdir

    -Aşıq İlham, sizcə aşıq yaradıcılığı - həm oxuyanlar, həm də solo ifaçılar müasir modern musiqiyə inteqrasiya etməlidirlər, yoxsa yox?
    Bu sualı ona görə verirəm ki, buna bəzi aşıqların dəfələrlə cəhd etdiyinin şahidi olmuşuq.
     Aşıq sənətində öz dəsti xətti ilə tanınan biri kimi fikirlərinizi bilmək həm bizə, həm də oxuculara maraqlı olardı...

    -Ənənəyə söykənərək etsələr niyə də olmasın. Amma toylarda sazla "Dolya vorovskaya" ifa edirlər. Bu, olmaz. Belələri aşıq sənətini ancaq əskildir, ucuzlaşdırır. Saz özlüyündə bir orkestrdir. Sazla bir hava, musiqi yaradırsansa, o dərinlikləri duyaraq ifa edirsənsə, deməli həm sənət yaradIr, həm də sənəti yaşadırsan. Musiqini bilməyən, ifa etməyi bacarmayan aşıq, sənətçi necə sintez yarada bilər və o haraya, necə inteqrasiya edə bilər? Bunu saz sənətinin incəliklərini bilənlər, tarixi ənənənyə bağlı olanlar edə bilər. 

    Bizim ustad aşıqlarımız olub, məsələn, aşıq Nəcəf kimi. O muğam oxuyanda  Xan Şuşinski, Cabbar Qaryağdıoğlu heyran qalıb. Yəni bu ustadlar musiqini bilib,   sazın dərinliklərini bilərək sintez ediblər.  Ümumiyyətlə tək saz ifaçılığında deyil, bütün sahələrdə belədir. Xususilə də saz sənətində bayağılığa qətiyyən yol vermək olmaz.

    Yəni sazı müasir dövrdə yeni ampluada təqdim etmək istəyən sənətkar musiqini mükəmməl bilməli və həm də ənənəyə söykənərək inkisaf etdirməlidir. İstedadlı olmalıdır və həm də xususi fitri istedada sahib olmalıdır. Ki, bu sənət bunu tələb edir.

     Mən özüm aşıq olaraq saz havalarindan başqa xalq mahnıları, muğam, türk mahnıları da ifa edirəm. Ancaq onu harda, necə ifa edirəm, bax sənətkar bunu bilməlidir.

    Kabab da yaxsı yemekdir, bozbas da… Ancaq kababı bozbasa qatıb yemək olmaz. Sənət də elədir. Aşıq sənəti tək saz ifaçılığından ibarət deyil ki… Aşıq sənətinin içində poeziya var, ədəbiyyat, ürfanlıq var, dərvişlik, tarix var. İnsan ruhuna toxunmaq, insan könlünü fəth etmək var. Bunlar hamısı aşıq sənətində vəhdət yaradan çalarlardır.                     

    Elə şeirlər var ki, oxunanda ona oynamaq olmaz

    -Şifahi xalq yaradıcılığının mötəbər araşdırıcısı mərhum akademik Həmid Araslı vaxtilə aşığı sinkretik sənət adamı adlandırıb. Yəni aşıq həm şeir yazır, həm  mahni bəstələyir, həm ifa edir, həm də rəqs edir. Sizcə indi belə aşıq varmı?

    -Aşığın rəqs etməsi oxuduğu sözdən asılıdır. Hansısa bir kədərli mahni  ifa edirsə, məsələn: 

    Gəlib gördüm pərim köçüb yurdundan,

    Yaylaq yeri çəmən olmuş, ay olmuş…

    Bu şeirə necə oynamaq olar?..

    Qərb bölgəsinin aşıqlarının rəqsi, şənlik və ya tədbirdə, fərqi yoxdur, birbaşa oxuduğu sözlə bağlıdır. Elə seirlər var ki, onu deyib oynamaq mümkün deyil.

    Ay ağalar gedənə bax gedənə,  

    Məni gözü yaşlı qoyub yar gedir.

    Yüklənibdi cümlə - qatır barxana

    Elə bil ki, külli - aləm, var gedir.

    Bu sözlərə rəqs  etmək olmaz. Tufarqanli  Abbasin sevgilisini əlindən alıb aparırlar, buna necə oynamaq olar? Təbii ki olmaz.

    Şirvan bölgəsində isə aşıqlar istənilən sözə çalıb - oynayırlar.

    Aşıq bütün bu incə nüanslara əməl etməlidir və mən bu tələbləri yerinə yetirən aşıqlardan biriyəm. Zamanın, dövrün aşığı olaraq bunun mahiyyət və məsuliyyətini dərk edirəm. Saz üçün doğulmuşam, Allah məni saz - söz üçün yaradıb. Mərhələ - mərhələ bu sənətin övliya bir sənət olduğunun fərqinə vararaq   Aşıq İlham olmuşam - kimin necə görüb dərk etməsindən asılı olmayaraq. İslamdan əvvəl yaranıb bu sənət. İslam aləminin alimləri bu saz sənətində Allahın işarətlərini görüblər, məqamlarını hiss ediblər və onlara haqq aşığı deyiblər.

    Türk xalqı ilə bərabər yaranmıs milli mədəniyyətdir SAZ.   Azərbaycan türklərinin isə mənəviyyat dünyasıdır.

    Müqayisə üçün deyim ki, türk xalqlarının heç birində ozan, saz sənəti bizimki qədər zəngin deyil. Böyük fikir, dərin düşüncə, altqatlı fəlsəfə - bütün bunlar məhz bizim üçün səciyyəvidir. Düşünürəm ki, Saz yalnız bizdə İlahi qüdrətə, ehtişamlı cəzbə, möcüzə sehrə malikdir və bu bizdə məhz belə qavranılır.

    Sazın rişəsi tarixin dərinliyinə çatır

    -Yeri gəlmiskən asiğın rəqs etməsi haqqında soruşum. Dastanlarımızda aşıq meydan quran, cövlan edən kimi təsvir olunur. Ancaq indi elə aşıqlar var ki, pərdələrdə gəzişmədən barmaqları ilə sazin boğazindan yapışir, onu göydə fırladaraq şıdırğı rəqs edırlər. Yəni bir saz havası ifa edə bilmir, amma səhnəyə aşıq kimi çıxır. Bəs buna münasibətiniz necədir?

    -Bu, aşıqlıq deyil. Nə də onlar aşıq deyil. Elələri aşıqlığın hikmətindən xəbərsizdilər. Əvvəllər aşıq rəqs edəndə camaat ona tamaşa edib zövq alardı. Aşığın missiyası təkcə bununla bitmir. Hələ Şah İsmayıl dövründə Dirili Qurban qoşunun qabağında cövlan edərmis ki,coşqu yaratsın. Qoşunu döyüş, qələbə ruhuna kökləyərmis. Hələ ondan öncə Dədə Qorqud babamızın vaxtında da ozan, qopuz müqəddəs hesab olunub. Vaxtilə tayfalar arasında qan davasını dayandıran, barışıq yaradan ozanlar olub. Tarix boyu, hətta tarixdən əvvəl də aşıq olub və hər dövrün aşığı o dövr üçün müqəddəs hesab olunub.

    Tanrı bu sənəti biz  türklərə töhfə verib. Kim deyə bilər “Ruhani”, “Mansırı” havaları necə yaranıb? Ona gorə də bu müqəddəs sənətdən şou düzəltmək olmaz. Elmi olan insanlar bunu dərk edir. Kökü, rişəsi tarixin dərinliyinə çatan sazı ucuzlaşdırmaq olmaz.

    Sənətin kökünə gedilmir, gedən yoxdur

    -Növbəti sualım şifahi xalq ədəbiyyatının bir qolu olan aşıq şeiri haqqındadır. Aşıq, 16 -cı əsrdən, Qurbanidən ta aşıq Ələsgərə qədər aşıq şeiri janrının - qoşmanın, gəraylının, müxəmməsin, təcnisin, dodaqdəyməzin və xüsusilə  dərin bilgi və fitri istedad tələb edən qifilbəndlərin və s. qoşquların mükəmməl nümunələrini görürük. O azman ozanlardan sonra belə nümunələr yaranıbmı və əgər yaranmayıbsa sizcə niyə yaranmayıb?
     Axı o azman ozanlardan sonra yetərincə ün salmış ozanlar da olub…

    -Əlbəttə, hər seyi zaman yetisdirir - öz şairini də, sənətkarını da. Ancaq indi o mühit yoxdur. Aşıq sənətinin sərrafları, bu sənəti sevənlər məni qəbul etməsə, mən aşıqlıq edə bilmərəm. Gənclər var ki, beş mahnı oxuyur, beş hava çalır, vəssalam, işini bitmiş hesab edir. İnkişaf yoxdur. Sənətin kökünə gedilmir, gedən yoxdur. Gərəkdir ki, aşıq sənətinin dərinliklərinə baş vurasan, bu yoxdur. Bəli, məlumdur ki, köhnə dastanları bilmədən aşıqlıq mümkün deyil və o sənətkar ayaqda qala bilməz. Məsələn mən hansı ustaddan oxusam, onun ruhuna qərq oluram.Tufarqanlı Abbasın iki misra seiri məni Abbas dünyasına qərq edir. Seyrçi sənin simanda görməlidir ki, aşıq Ələsgər kimdi, Qurbani kimdi. Onların yaradıcılığına baş vurmaq elə onların halallığı deməkdir. Və o hallalığı almış bəlli insanlar var bu  sənətdə - Azaflı Mikayıl , Dədə Şəmşir bu hallağı almış azman aşıqlardandır.

    Mən də öz halallığını ustadlardan almıs sənətkaram. Onu bilirəm ki, o aşıqlığın bütün andlarına əməl edirəm. Hər gün o ustadların dühasına baş vururam.

    Zəlimxan Yaqub özü böyük şair-ozan idi

    -Aşıq, bəllidir ki, ölkəmizin qərb bölgəsi və onun ətrafı - Borçalı, Qazax, Tovuz ,Göyçə uzaq tariximizin köksündən qopub gələn ozan-yanşaq-aşıq ənənələrinin daşıyıcısı olub və bu gün də o ənənəni davam etdirir. Sualim belədir: Zaman vardı ki, o bölgələrdə olan məclislərdə, yəni toylarda, dədə-babalarımızın dediyinə görə, mağar qurular, dastanlarda deyildiyi kimi, aşıqlar bu məclislərdə günlərlə qəhrəmanlıq, məhəbbət dastanları danışar, saz çalıb oxuyardılar. Mən hələ deyişmələri demirəm. Çoxsayli məclis əhli də o aşıqlara diqqət kəsilər, yuxuları ərşə çəkilər, usanmadan sevgi ilə dinləyərdilər.
     Deyə bilərsinizmi, indi niyə elə məclislər qurulmur, yəni elə dastan danışan, kürreyi-ərzdən soraq verən aşıqlar yoxdu, yoxsa onları dinləyəsi xalq?

    -Müasirlərimizdən  Hüseyin Saraclı, Azaflı Mikayıl, Kamandar, Şəmşir və s. adını çəkmək olar. Aşıq Ələsgərə deyiblər nə qədər dastan bilirsən, deyib ki mənim hər səfərim bir dastandır. Doğrudan da Aşıq Ələsgərin bir neçə səfəri var ki, onlar dastanın lakonik formasıdır. Hətta indi toylara gedəndə də deyirlər Ələsgərdən oxu, Xəstə Qasımdan, Qurbanidən oxu. Kamandarın öz külliyyatı olmasına baxmayaraq, o, Aşıq Qərib simasında, Aşıq Qərib seiriyyatı ilə daha məhşurdur. Dastanı o qədər məharətlə danışır ki, xalq onun simasında elə Aşıq Qəribi görüb sevir. Zəlimxan Yaqub özü də böyük şair-aşıq idi, ozan idi. Ağamalı Sadiq Əfəndi deyirdi ki,mən sizin qarşınızda siyasi xadim kimi yox, ozan kimi çıxış edirəm.

    Xalq sənətkar üçün özüldür, xalqsız sənətkar heç kimdır. Xalqın sevgisi olmadan sənətkar ola bilməz, olsa da davam gətirməz.

    Mənə bu sənət övliyalar tərəfindən verilib

    -Aşıq İlham, əgər aşıq sənətindən söz açırıqsa, Güney Azərbaycan aşıq məktəbindən söz acmasaq günah olar. Bilənlər bilir ki,Təbriz aşıq məktəbi bu sənəti sinəsində bəsləyib əzizləyənlərdən, ona yeni ruh, yeni nəfəs verənlərdəndir. Bunu onların ölkəmizdə qonaq olub çıxış edən sənətkarlarının çıxışlarını izləyənlər də deyə bilər. Təkcə Məhbub Xəlillinin və Çingiz Mehdipurun adı istinad nöqtəmizin necə yüksək zirvə olduğundan xəbər verir. Sizin bu aşıq məktəbi haqqında fikirlərinizi bilmək istərdik.

    -Ümumiyyətlə, biz o taylı-bu taylı eyni xalq, eyni millətik. Qurbani də Arazqırağıdı. Dilimiz də, musiqimiz, mədəniyyətimiz, adət-ənənələrimiz hamisi birdir. Dirili Qurban, Xəstə Qasım, AşIq Qərib-bunların qəbri Cənubi Azərbaycandadı. Məsələn, mən İrana toya gedəndə gedib demirəm ki, mən o taylıyam, siz bu taylı. Çingiz bəy də gözəl aşıq, gözəl sənətkardır, Məhbub Xəlilli də. Ancaq kəramətli adamlar deyillər. Aşıq sənətinin ürfan məqamları var, onları bilməlidirlər. Azaflı kimi dühalar var, onu yaradıb. Mən sənət adamıyam, hiss edirəm kim necə sənətkardır. O qədər olub ki, oxuyub cixan aşıqlarin üzünə başqa, arxasınca başqa söz danışıblar. Çünki o nə sənətdi, nə sənətkarlıq, birbaşa saza xəyanətdir. Mən elə adamları özümdən uzaq saxlamışam, demişəm beş nəfər dostum olsun, amma əsl dost olsun. Dolayı yolla mənə gələn gəlməsin. İlham da oxuyur, Altay, Cahangir də oxuyur. Bu sənəti allah belə verib onlara, o cür də oxuyurlar. Xalqın öz meyarı var, hərə bir cür tanınır, qəbul olunur, bir cür sevilir. 

    Məsələn, mənə bu sənət övliyalar tərəfindən verilib və mən buna inanıram. Uşaq vaxtı yuxuda mənə  nurani bir kişi qırmızı alma verdi,  evimizin qarşısında arx var,həmin arxa dumduru su gəldiyini gördüm. Sonralar mənə ayan oldu ki, bu nə deməkdir. Pir kimi baxıram bu sənətə.

    Aşıq Ədalət son ifasını mənim sazımla edib. Hətta  sazı götürməyə şəyirdimi göndərdim, ancaq vermədi, məndən başqa heç kimə vermədi. Bu da bir ilahi işarətdir.

    İndi Cənubi Azərbaycan aşıqlarına fikir versəniz görərsiz ki, ya Kamandar kimi, ya Aşıq Ədalət kimi ifa edirlər, Əkbərə istinad edirlər. Düzdü, Xəstə Qasım,Tufarqanlı Abbas da cənublu olub. Ancaq onların dövründəki kimi deyil indi. Cəmiyyətdə gedən proseslər aşıq yaradıcılığına da təsir edir. Aşıq sənəti bizə nisbətən orda daha cox sevilir, çünki orada aşıq musiqisindən başqa musiqi yoxdur.

    Haqq aşıqları var. Həm elmini bilməlisən, həm ilahi zəkan olmalıdır. Allaha, Tanrıya bağlıdr bu sənət. Xıdır İlyas aşıqların peyğəmbəridir, haqq aşıqlarının gözünə ağ atın belində görünür. Mən buna şahid olmuşam.

    Aşıq Qəribdə deyilir:

    Sabah namazı hələb özündə,

    Günorta namazı Qarsın düzündə,

    Axşam namazı yar Tiflisində,

    Mövlam qanad verdi, uçdum da  gəldim.

    Aşıqlıq belə ilahi, tanrısal sənətdir. 

    Bu sənətin dəyər və sanbalını bilənlər azdır

    -Bayaq adını çəkdiyimiz güneyli qardaşımız aşıq Çingiz Mehdipur bizim Şirvan aşıqlarını dinləyəndən sonar təxminən belə bir ifadə işlətmişdi: ”Gəlsinlər, onlara saz çalmaq öyrədim.”
     Bu fikrə münasibətiniz?

    -Öyrəndiyini öyrərmək imandandır (gülür). Sözlər ölçülü deyilməlidir. Biz öyrənirik də, öyrədirik də. Şirvan aşıq məktəbini götürsək, indi toylarda hamı şirvan aşıqlarını istəyir, kütlə ona meyl edir. Kimdi məclisdə “Divani”, “Təcnis” dinləyən. Beş saatlıq toyun öz proqramı var, aşığı da yalnız musiqi proqramının bir hissəsi kimi dəvət edirlər. Biz xalqa sənət göstəririksə, mütləq xalqın istəkləri əsas olmalıdır. Ancaq çox istəyərdik ki, ustadnamələr deyilsin, saz xalqa olduğu kimi  catdirilsın. Müasir dövr əlbəttə, mədəniyyətin zənginliyinə zəmin yaratmır, əksinə, onu məhdudlaşdırır. Məsələn, bir məclisdə

     5-6 dəfə efirə çıxmış bir cavan estrada mahnısı oxuyursa və o, “sənətkar” kimi təqdim edirlirsə, mənimlə eyni səviyyəyə qoyulursa, demək mədəniyyət ucuzlaşır. İndi bu sənətin dəyər və sanbalını bilənlər azlıq təşkil edir.

    -Sizə aşıq yaradıcılığına yaxin, həssas adamları düşündürən daha bir sual: Saz havası ifa edə bilməyən, ancaq sinəsinə saz alıb, barmaqlari ilə sazın qolunu qucaqlayaraq saz havası adı ılə bir mahnı ifa edib, özü də çaldıği  havaya rəqs edən birinə aşıq demək olarmı?

    -Bəllidir ki, siz Şirvan aşıqlarından bəhs edirsiz. Bir sənətkarı xalq necə sevib qəbul edirsə, elə o cür də olmalıdır. Şirvan aşıq məktəbi dədə-babadan elə yaranıb, elə sevilib. Xalqın sevgisinə nə demək olar? O demək deyil ki, onlar aşıq deyil. Onda tək aşıqları yox, ümumiyyətlə saz sənətini tənqid, təhqir etmiş oluruq. El öz aşığını elə sevir. Şirvan aşıq məktəbi təkmilləşmiş məktəbdir. Onları dədə-babadan balaban, qoşa nağara müşayət edir. Sazın kökünü onlar elə tutub, elə də oxuyublar. Şakiri xalq elə sevib. Bunlar aşıq yaradıcılığının müxtəlif qollarıdır. Bütün Azərbaycan bizimdir-onun milli mədəniyyətinin hansı qollarda inkisafından asılı olmayaraq. Mənim hər şeydən əvvəl insani baxışlarım var və elə səciyyələndirirəm. O məktəbi ki xalq sevir, özünü elə subut edib, ona qarşı gəlmək olmaz.

    Kimsə başımdan dollar töksün... yox, o adam deyiləm

    -Bəllidir ki, musiqi adamlarını, necə deyərlər, el dolandırır.
     Toy məclislərində olursunuzmu, olursunuzsa bu sizi həm maddi, həm də auditoriya baxımından qane edirmi? Ümumiyyətlə xarici səfərlərdə olub Azərbaycani təmsil edirsinizmi? Bir də… bir çox aşıqların sədası xaricdə yaşayan həmyerli iş adamlarının məclislərindən gəlir…

    -Bəli, mən də dövlət tərəfindən təşkil olunan tədbirlərdə iştirak etmişəm. 1995 ci ildə Türkiyədə “Türkdilli xalqların ilk Novruz şənliyi”ndə, Rusiyanın Sankt-Peterburq şəhərində, İranda və s. ölkələrdə dəfələrlə həm dövlət tədbirlərində, həm də el məclislərində olmuşam.
    Ancaq çox da üstünlük vermirəm xarici səfərlərə, mən dövlət və dövlətçiliyimizə, öz millətimizə bağlı adamam və burada yetərincə təmin olunuram. Min şükür. Mənim üçün çalıb-oxuduğum yerdə başımdan kimsə dollar töksün, onunla  qürurlanim, yox, o adam deyiləm. Dərindən maraqlansaniz görərsiz ki, kifayət qədər sevənlərim var, böyük dəyərlə qarşılanıram və bu da xalqdir. Xalqın qarşısında da həmişə öz sənətimi və şəxsiyyətimi uca saxlamağa çalışmışam və çalışıram.

     Ədalət Nəsibov… Ədalət Nəsibovdur

    -Siz yəqin ki, ustad dərsi almısınız. Ustadiniz kim olub?
     Kimi və ya kimləri ustad sanırsınız? İndi sizin səyirdləriniz varmı ki, gələcəkdə sizə “ustadım” desin?

    -İlk ustadim aşıq Kərəm İncəli olub. 9 yaşımdan başlayaraq ondan dərs almışam. Sonra Bakıya gəlib Sumqayıtda yaşamışam. Nərimanovda dərnək  vardı, rəhmətlik aşıq Sədi Abbasov dərnəyin rəhbəri idi. Mən saz çalıb oxuyanda buradakı şəhər aşıqları mat qaldılar. Axı ustad yanında illərlə dərs almışdım, burada isə elə bildilər sazı kokləyə bilmirəm. Dərnəyə də məndən 5, hətta 10 yaş böyük adamlar gəlirdi saz öyrənməyə. Mən isə birbaşa ,,Divanı", "Təcnis"-lə başladım. Sorusdular ki, ustadın kimdi, dedim Aşıq Kərəm İncəli.
    Bildilər ki, bu elə-belə olmaz, o yaşda o cür saz ifasını ustad görmüş aşıq ifa edə bilər.
    Aşıq Kərəm İncəli ustadım olub, Aşıq Ədalət isə idealımdır. Mənim ruhuma o yatır, kumirim odur. Aşıq Kərəmin ustadı isə aşıq Kamandar olub. O da mənim üçün ustaddır.
     Ancaq Ədalət Nəsibov… Ədalət Nəsibovdur.

    O ki qaldı şəyirdlərimə, bəli, var. Bir neçə qabiliyyətli və şirin avazlı tələbəm var. Onların mənə ustad deməsi isə tutduqları, tutacaqları mövqedən asılıdır. Ustada məhəbbət, hörmət göstərir ki, onlar sənətə və cəmiyyətə nə verə bilərlər. Çox istəyərdim ki, onlar da ustaddan dərs almış ustad sənətkar olsunlar. Hətta qəzəbləndiyim də olur. Ustad zəhmətini itirmək tutduğu budağı qırmaq deməkdir. Lakin istəyərəm ki hamısı layiqli sənətkar olsunlar.
     Tələbələrimdən yaxşıları-istedadlıları var. Tural Tovuzlu, Aşıq Afiq, Murad, Mehdi, Ruslan və başqaları. Hamısı istedadlıdir, lakin bəzisinin  iradəsi zəifdir və ya şəraiti yoxdur. Saza  bəzən indidən qazanc kimi baxırlar. Gərək inkişaf etdirəsən ki, mükəmməlləşəndən sonra Allah da ruzini verə. Hətta zamanında Ədalət Nəsibova səyird gedənlərə qibtə etmişəm yaxşı mənada, ancaq onlar aşıq olmayıb mən olmuşam. Çünki zəhmət çəkmişəm.
    Son olaraq arzu və tövsiyəmi də deyim: Aşıq olmaq istəyən hər kəs əvvəlcə sazı öyrənsin-həm də mükəmməl öyrənsin.




    Dürrdanə CƏLAL, Globall.az

    Oxunub: 1 486
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.