Ağdaşda DƏHŞƏT: Dörd yaşlı uşaq civə içdi
Ağdaş rayonunda azyaşlı uşaq civədən zəhərlənib. Globall.az "oxu.az"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib. Belə ki, 4 yaşlı B.N. adlı uşaq evdə termometri sındırıb və içindəki civəni içərək zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 207
Xəbəri paylaş
Paylaş: