Çexiya miqrasiya ilə mübarizə üzrə Aİ ölkələrindən ibarət qrupun yaradılmasını istəyir
Çexiya miqrasiya ilə mübarizə üzrə Avropa İttifaqı (Aİ) ölkələrindən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib.
Globall.az report.az-a istinadən xəbər verir ki, sözügedən qrupa Çexiyadan başqa 18 ölkə daxil olacaq.
“Aİ Miqrasiya Paktının qəbulu qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə yalnız ilk addımdır və bu, əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Çexiya bununla daha ardıcıl mübarizə aparmaq istəyən dövlətlərdən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib”, – agentlik ölkənin Baş naziri Petr Fialadan sitat gətirib.
Ölkələr Avropa Komissiyasına və digər Aİ ölkələrinə qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsinin zəruriliyi ilə bağlı fikirlərini əks etdirən məktub göndərmək niyyətindədirlər.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: