Bakıda tülkülər niyə artıb? – “Mübarizənin birinci yolu şəhəri təmiz saxlamaqdır”
Son günlər şəhərdaxili küçələrdə gözə dəyən tülkülər sakinləri təşvişə salıblar. Onlar müvafiq qurumların tədbir görməsinin vacibliyini qeyd edirlər.
Globall.az bilirir ki, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov Pravda.az-a açıqlamasında deyib ki, heyvanların sinantroplaşması normal prosesdir.
Şəhərdəki tülkülərlə mübarizə aparmaq lazımdır. Mübarizənin birinci yolu şəhəri təmiz saxlamaqdır. Yeməyə nəsə tapmasalar, çöldə siçan axtarmağa gedəcəklər. Tülkülərin əsas qidasını siçanlar, siçanabənzər gəmiricilər təşkil edir. Qum siçanı, meşə, çöl siçanları, quşlar, həşəratlar, böcək… Həyət evlərində yaşayanlar tərəfindən daha çox şikayətlər gəlir ki, bağ evlərində tülkü çoxdur. Gedib orada yuva qururlar. Həyət evlərindən tülküləri qovmağın yeganə üsulu yaxşı it saxlamaqdır. İtin səsindən qaçıb gedirlər. Yoxsa güllələmək, vurmaqla qəddarlıq etmək də olmaz”, – deyə alim bildirib.