Sumqayıtda mağaza yanıb
Sumqayıt şəhərində mağaza yanıb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 150 m² olan dəmir konstruksiyalardan ibarət talvar tipli mağazanın içərisində 130 m² sahəyə yığılan plastik və taxta taralar yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: