Bakıda yol qəzasında 2 nəfər avtomobildə yanaraq ölüb
- FOTO
Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Binə qəsəbəsində "Chevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb. Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: