Bakıda maşın vuran piyadanı xəstəxanaya YPX əməkdaşları çatdırdı
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə ötən gün saat təxminən 23:50 radələrində Yasamal rayonu ərazisində, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yolu keçən Nəsibov Kamran Şamməd oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb.
Yaralı 99-YP-397 dövlət seriya nişanlı avtomobildə xidmət aparan müfəttişlər – Yol Patrul Xidməti (YPX) əməkdaşları Tahirov Musa Üzeyir oğlu və Səfərli Xalid Arif oğlunun köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Hazırda polis hadisəni törədən sürücünü axtarır.
Oxunub: 422
Xəbəri paylaş
Paylaş: