Bakı Neft Emalı Zavoduna yeni rəhbər təyin olundu
SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (NEZ) yeni direktor təyinatı olub. “APA-Economics”in əldə etdiyi məlumata görə, bu vəzifə Xəyal Cəfərova həvalə olunub. Məlumata görə, Xəyal Cəfərov bundan əvvəl SOCAR-ın Karbamid Zavodunun direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, NEZ-in keçmiş direktoru Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinə yeni müavin təyin edilib.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: