Təcili yardım maşını gec gəldi: İki komanda cərimələndi
Globall.az Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 25-ci turun “Lerik” – “Kür-Araz” oyununa TTY avtomobilinin stadiona vaxtında gəlməməsi səbəbindən matç gec başladığına görə meydan sahibi 100 manat cərimə edilib. Bu hal “Sheki City” – “Qusar” görüşündə də təkrarlandığı üçün Şəki təmsilçisi də 100 manat cərimələnib. Qeyd edək ki, “Sheki City” – “Qusar” oyununda meydan sahibi matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə komanda daha 100 manat cərimələnib.
ikinci liqa klubu təcili tibbi yardım (TTY) maşınının stadiona gec gəlməsi səbəbindən cəzalandırılıb.
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: