Sabirabad qarpızı neçəyə satılır?
Məşhur Sabirabad qarpızının yığımına başlanılıb. Xezerxeber.az xəbər verir ki, sahələrdə ilk kütləvi yığım həyata keçirilir. Sabirabadlı fermerlər bu məhsulu əldə etmək üçün 5 aydan artıqdır əmək sərf ediblər. Fermerlər bildiriblər ki, bostanlarda məhsul boldur. Yığımın ilk günləri olduğundan təlabat yaxşıdır. Bu günlərdə həmdə qiymət sərfəlidir. Belə ki, qarpızın 1 kiloqramının topdan qiyməti 55-60 qəpikdir. Sairabad rayonun Əsgərbəyli kənd sakini Zaur Əliyev də ilk qarpız dərənlərdəndir. O bu il 25 hektarda məhsul yetişdirib. Deyir ki, qarpızın yetişdirilməsində ən böyük çətinlik xərclərin çox olmasıdır. Xüsusən də toxum xərcinin. Daha ətraflı süjetdə:
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: