Ölkədə kimlər meyvə-tərəvəzin bahalaşmasında maraqlıdır? - Qiymətlər 2-3 qat artır
Yay fəslinin gəlməsinə baxmayaraq, bu gün Azərbaycanda bir sıra meyvə-tərəvəz məhsullarının qiymətində bahalaşma davam etməkdədir. Bununla bağlı “Trend”ə videomüsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev yüksək qiymətlərə bir sıra amillərin səbəb olduğunu bildirib. O qeyd edib ki, qiymətin baha olmasının səbəblərindən biri sahibkarların öz məhsullarını bazara çıxarmaq imkanının olmamasıdır. “Sahibkar özünün yetişdirdiyi məhsulu bir çox hallarda şəhər gətirə bilmir, ya bunun üçün onun imkanı yoxdur, ya nəqliyyat xidməti zəifdir”, - deyə o qeyd edib.
Oxunub: 119
Xəbəri paylaş
Paylaş: