Paşinyandan delimitasiya ilə bağlı açıqlama:
"RUSİYANIN TƏKLİFİNİ QƏBUL EDİRİK"
Bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“May ayından Rusiya Federasiyası Ermənistan və Azərbaycanın sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı üç təklif təqdim edib. Hər üç təklif bizim üçün məqbul idi.
Dünənki bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiyaya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflər verdi. Bir daha təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”, - o qeyd edib.
Paşinyan əlavə edib ki, Ermənistan müdafiə nazirliyinin rəhbəri Suren Papikyana rusiyalı həmkarı Sergey Şoyqu ilə detalları dəqiqləşdirməyi tapşırıb./TASS