Paşinyan anons verdi:
"Qısa zamanda Azərbaycanla..."
Paşinyan Azərbaycanla sərhədin ən qısa zamanda demarkasiyasına hazırdır.
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına ən qısa zamanda başlamaq lazımdır. O, bunu parlamentin iclasında hökumətin proqramını təqdim edərkən bildirib.
"Təəssüf edirəm ki, siyasi səs-küy səbəbiylə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrində qeyri-sabit vəziyyət bu proseslərin başlaması üçün ciddi təhlükədir",-deyə o bildirib.
Paşinyan Sovet xəritələrinə əsaslanaraq sərhədlərin dəqiqləşdirilməsinin məqbul olduğunu söyləyib.
Oxunub: 328
Xəbəri paylaş
Paylaş: